14370330_1796533277289126_7235249956573911691_n2016-cı il avqustun 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1 milyon 521,1 min nəfər olmuş, onlardan 888,8 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 632,3 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərmişdir.

Dövlət Statistika Komitəsinin yaydığı məlumata görə, muzdla işləyənlərin 22,1 faizi təhsil, 18,7 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 12,9 faizi sənaye, 8,7 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 7,0 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 6,9 faizi tikinti, 4,6 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,6 faizi peşə, elmi və texniki fəaliyyət, 3,1 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1,8 faizi maliyyə və sığorta fəaliyyəti, 10,6 faizi isə iqtisadiyyatın digər sahələrində məşğul olmuşlar.

2016-cı ilin yanvar-iyul aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 6,6 faiz artaraq 489,3 manat olmuşdur. İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, tikinti, eləcə də informasiya və rabitə sahələrində orta aylıq nominal əmək haqqı daha yüksək olmuşdur.

Qeyd edək ki, 2016-cı ilin yanvar-avqust aylarında istehlak məhsullarının və xidmətlərin qiymətləri 2015-ci ilin eyni dövrünə nisbətən 10,8 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 12,2 faiz, qeyri-ərzaq məhsullarının qiymətləri 15,6 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 4,9 faiz bahalaşmışdır.Gorun guşbeyin birinci guş neynir.

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Bolqarıstanın Veliko Tırnovo şəhərinin fəxri vətəndaşı seçilib.

AZƏRTAC xəbər verir ki, bu barədə Veliko Tırnovo icmasının saytında yerləşdirilmiş məlumatda deyilir.

Şəhər meri Daniel Panovun Azərbaycanın birinci xanımının fəxri vətəndaş seçilməsi haqqında təklifi avqustun 25-də keçirilən təntənəli iclasda yekdilliklə qəbul edilib.

Birinci xanım Mehriban Əliyevaya fəxri vətəndaş adı Veliko Tırnovo şəhərinin mədəni irsinin qorunması və təşviqi işinə böyük töhfəsi və iştirakına görə verilib.

Ötən ilin mayında Sofiyada “Trapezitsa” Memarlıq Muzeyi Qoruğunun konservasiyası və bərpası, texniki infrastrukturunun inşası və təmiri haqqında saziş imzalanıb.

Bu saziş çərçivəsində birinci xanım Mehriban Əliyevanın prezidenti olduğu Heydər Əliyev Fondu tarixi abidədə 150 metr uzunluğunda qərb divarının konservasiyası və bərpasını, 700 metr uzunluğunda turist xiyabanının inşasını, mədəniyyət mərkəzinin yaradılmasını və təchiz olunmasını, ərazidəki üç kilsənin təmiri və bərpasını, qoruğa gələn qonaqlar üçün nəqliyyat infrastrukturunun yaradılmasını həyata keçirib.