Baş redaktorun üzünə duracaq şikayətçi axtarışı tədbirləri davam etməkdədir: Anti- korrupsiya idarəsində baş redaktora qarşı müəmmalı istintaq gedirNövbəti dəfə Baş Prokurorluğun Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə çağırılan Ramin Məhəmmədoğlu əvvəllər də mətbuata açıqlama verərək bildirmişdir ki, onun KQMBİ-də dindirilməsinə səbəb Ağcabədi məktəblərindəki korrupsiya hüquqpozmalarından və korrupsiya cinayətlərindən yazması olub.

Xatırladaq ki, Maliyyə Nazirliyi də Ağcabədi məktəblərində yoxlama apararaq ciddi nöqsanlar aşkarlamış və tərtib olunmuş sənədlərə hüquqi qiymət verilməsi üçün Baş prokurorluğa göndərmişdir. Əldə etdiyimiz məlumata görə, baş prokurorluq Ağcabədi məktəblərində aşkarlanmış ciddi maliyyə maxinasiyaları barədə cinayət işi başlayıb. Məhz bu ifşaedici fəaliyyəti ilə bağlı antikorrupsiya idarəsində baş redaktora qarşı müəmmalı istintaq gedir.

Baş redaktorun üzünə duracaq şikayətçi axtarışı tədbirləri davam etməkdədir: Anti- korrupsiya idarəsində baş redaktora qarşı müəmmalı istintaq gedir«İŞVERƏN» «ÜZƏ DURANLAR» DÖRD OLDU

Baş redaktorun üzünə duracaq şikayətçi axtarışı tədbirləri davam etməkdədir: Anti- korrupsiya idarəsində baş redaktora qarşı müəmmalı istintaq gedirAğcabədi Təhsil Şöbəsinin sabiq müdiri Mehdi Əhmədov işdən qovulmazdan öncə 10 saylı Regional Maliyyə İdarəsinin rəisi Ədalət Nəbiyev ilə birgə baş redaktor Ramin Məhəmmədoğlundan antikorrupsiya idarəsinə şikayət verib və dolayı yolla onu həbs etdirmək istəyirlər. Korrupsiyaya qarşı Mübarizə İdarəsinə etdikləri şikayətin faydasız olduğunu görən hər iki korrupsioner məmur baş redaktorun dələduzluq ittihamı ilə olsa belə məsuliyyətə cəlb edilməsinə nail olmaq, sonra da «gördünüz biz neylədik, onu tutdurduq» deyə tənqidçi jurnalistlərə mesaj vermək istəyirlər.

Baş redaktorun üzünə duracaq şikayətçi axtarışı tədbirləri davam etməkdədir: Anti- korrupsiya idarəsində baş redaktora qarşı müəmmalı istintaq gedirKorrupsiyaya qarşı Mübarizə Baş İdarəsi isə qanunvericiliyin tələblərini pozaraq, baş redaktorun mobil telefonuna gələn və ondan göndərilmiş mesajların mətnlərini çıxartdırıb. Hətta bir neçə məmuru da istintağa cəlb ediblər ki, R. Məhəmmədoğlunun əleyhinə ifadə alsınlar. Hərçənd, bu da mümkün olmayıb.
Anti-Korrupsiya İdarəsi sonda məqsədinə çatmaq üçün başqa yola əl atıb. Belə ki, Korrupsiyaya qarşı mübarizə baş idarəsi əslən İmişli rayonundan olan, hazırda Beyləqan şəhərində yaşayan Temirova Zeynəb, Temirov Qabil adlı şəxslərdən ifadə alıb. Güya ki, Temirova Zeynəb öz qaynı Temirov Qabilin şahidliyi ilə işə düzəltmək üçün Ramin Məhəmmədoğluna 1200 manat pul verib. Baş redaktor da buna görə Anti-korrupsiya idarəsinə çağrılıb.
Baş redaktorun üzünə duracaq şikayətçi axtarışı tədbirləri davam etməkdədir: Anti- korrupsiya idarəsində baş redaktora qarşı müəmmalı istintaq gedirSonolay.org saytının baş redaktoru ona qarşı irəli sürülən ittihamı əsassız və əvvəlcədən planlaşdırılmış şou hesab edir:«Mən Qabil adlı şəxsi bir Beyləqanlı kimi tanıyıram, həmin şəxs hüquq mühafizə orqanlarına işləyir və lazım gələndə kiminsə üzünə durub həbs etdirir. Bizim aramızda nə iş söhbəti, nə də ki, pul alveri olmayıb. Zeynəb adlı şəxsi də tanımıram, bu açıq-aşkar şər və böhtandır. Doğrudan da belə bir şey olubsa, buyursunlar, ortaya dəlil qoysunlar. Belə çıxır ki, kimsə ağzına gələni yazacaq, anti-korrupsiya idarəsi də bunu əsas götürüb baş redaktoru həbs edəcək?»

Diqqətəlayiq məqam bir də budur ki, Temirovlar niyə məhz suçlu saydıqları jurnalistdən məhz indi, onun başqa məsələ ilə əlaqədar dindirildiyi məqamda şikayət ediblər? Hər halda bu və başqa suallara tezliklə aydınlıq gələcək.