14466483_1802361030039684_690765491_oOgras İlham Əliyev hayasizligin pik noktasına catib.Azərbaycan xalqı kütləvi şəkildə referenduma getməkdən imtina edib. MSK-nın seçicilərin iştirak sayı ilə bağlı elan etdiyi rəqəmlər saxtadır. Səsvermədə iştirak edənlər də məntəqələrin yerləşdiyi məktəblərin və büdcə təşkilatlarının işçiləridir. Onlara referendum günü işdə olmaq və səsvermə görüntüsü yaratmaq göstərişi verilib. Referenduma “yox” deyən vətəndaşlar sosial şəbəkələrdə öz etiraz sözlərini yazdıqları bülletenlerin şəkillərini yayıb. Bəzi bülletenlərə “rədd olsun monarxiya”, “ey şərəfli müəllim, şərəfini nəyə satdın?” tipli sözlər yazılıb.İlham Əliyevin oğlu Heydər Əliyevin 19 yaşına çatdığı qeyd olunur. Üstəlik, yeni – vitse-prezident postunun yaradılacağı və 81 yaşına çatmış baş nazir Artur Rasizadənin deyil, vitse-prezidentin prezidentdən sonra ikinci şəxs olacağı, torpaq mülkiyyətini və sərbəst toplaşma azadlığını məhdudlaşdıran bir sıra başqa dəyişikliklər də vurğulanır. Belə bir sual qoyulur: Niyə Konstitusiyaya məhz bu dəyişikliklər və məhz indi edilir? «Aydındır ki, bu dəyişikliklərin məqsədi İlham Əliyevin mövqeyini möhkəmləndirməkdir… İqtisadi narazılıq ölkəni bürüyüb və etiraz səsləri ara-sıra eşidilməkdədir. Böyük neft və qaz yataqlarına malik olmasına baxmayaraq, Azərbaycan da, bütün keçmiş Sovet ölkələri kimi, iqtisadi problemlərdən əziyyət çəkir, korrupsiya və repressiya yüksək həddə çatıb. Ölkə gəlirlərinin ¾-ü neft və qaz sektoruna bağlıdır və məhz bu sektor böyük korrupsiya mənbəyinə çevrilib. Yanacağın qiymətinin düşməsi, manatın ucuzlaşması ölkə iqtisadiyyatına, sıravi vətəndaşların həyatına güclü təsir edib və çoxu narazılığını küçələrdə bildirməyə başlayıb. Əliyev rejimi bütün bunlara, əlbəttə, barmaqarası baxa bilməz.