14463094_1803761136566340_1413721127356952834_nBizdə qonağa „allah qonağı“ deyərlər. Çox zaman qapı döyülər: Qonaq istərmisiniz? – soruşarlar. Cavabı: allaha da qurban olun, qonağına da. – olardı. Mənim uşaqlìğım iki qardaş, iki baçı və atam anamla üçüncü mərtəbədə iki otaqlı bir evdə keçibdir. O iki otaqdan birinə „qonaq otağı“ deyərdik. O biri otaqda qapının arxasında anamın cehiz sandığı dururdu. Üstündə qalın dösəklər, yun yorğanlar, böyük-böyük balınclar-yastıqlar yığılı idi. Anam: bunlar qonaq üçündür,- deyərdi. Hər dəfə süfrə arxasına yığışanda anam qazandan yeməyi ilk boşqaba çəkib kənara qoyardı. „Birdən qapı döyülər, bir allah qonağı təşrif gətirər,-deyə ehtiyat tədbiri alardı. Ondan sonra qazandakı yeməyi bizim aramızda bölərdi. Doymasaq belə qonağın payına o biri süfrəyə kimi əl vurulmazdı. Bunlar hamısı bizim xalqın qonaqpərvərliyindən, müsafirpərəstliyindən, mehmannəvazlığından irəli gəlir. Bunu „qonaq“ sözünün etmalogiyasına baxanda daha aydın görmək olar. Bu söz „qonmaq“ felindən yaranmısdı. Quşun bir budağa qonması kimi qonağın gəlişində də bir xəfiflik, bir içdəngələnlik var. Ona görə də həmişə qonaqları qarşılayarkən „ xoş gəldiniz, səfa gətirdiniz, həmişə siz gələsiniz, nə yaxşı adamlar gəlmiş? Dəmir gətirin ayağının altına ataq.“-deyərdilər. Ən önəmlisi, qonağı yola salanda da ona „xoş gəldin“ deyərlər. Gedişini deyil, gəlişini xatırladardılar.

Firudin Dugi