Поиск

AZEREUROTİMES

azereurotimestv.wordpress.com

мес.

Октябрь 2016

Laylay Azerbaycan Laylay…

14595794_1821432764799177_3707241191265122470_nHer şey bu milletden aslidi millet susanda bele özbaşinaliqda olacaq hele bu harasidi qabaxda cox surpiriz var.

Azərbaycan hakimiyyəti uzun illərdi ki, qorxu mühti yaradaraq, dövlətin gücündən istifadə edərək ölkəni şəxsi mülkə çevirib. Azərbaycan xalqı heç vaxt mövcud hakimiyyətə səs verməyib və bu rejimi dəstəkləməyib. Amma hakimiyyət seçkiləri saxtalaşdırmaq, alternativləri sıradan çıxarmaq, repressiya maşınını işə salmaqla toxunulmazlıq yaradıb. Ölkənin sərvətlərinin talan edilməsi, vətəndaşın çörəklə sınağa çəkiçlməsi məhz dövlətin gücündən şəxsi maraqlar naminə istifadə etmək hesabına mümkün olub. Hakimiyyət məhkəmə sisteminin, polisi, prokurorluğun, qanunların, hüqunun gücünü özünə tabe etdirib. Amma Ramiz Mehdiyevin də etiraf etdiyi kimi güc müvəqqətidir, repressiyalar, cəmiyyətə qorxu toxumu səpmək faydasızdır.

Ramiz Mehdiyev haqlı olaraq deyir ki, qloballaşma özbaşınalıq yox, azadlıqdır. O zaman Azərbyacan hakimiyyəti niyə qloballaşmanı özbaşınalıq kimi qəbul edir? Niyə vəzifəli şəxslər ölkəni ata malı kimi bölüb, niyə bütün sahələr məmur inhisarındadır, niyə istənlən adamı şərləyib həbs etmək normaya çevrilib? Məgər bütün bunlar özbaşınalıq deyil?

Ramiz Mehdiyev mənəviyyat qanunlarına hörmət edilməsini vacin sayırsa, ölkədəki mənəviyyatsızlıq hardan qaynaqlanır? İnsanları fərqli fikrinə görə işgəncə altında saxlamaq, müxalifət funksionerlərini yaxınları ilə şantaj etmək, alternativləri ləkələmək, natəmiz insanları mükafatlandırmaq, korrupsionerlərə “yaşıl işıq” yandırmaq mənəviyyat qanunudur?

Əlbəttə, tarixi təcrübə göstərdi ki, gücə arxalanıb xalqa zülm edənlər ən rüsvayçı aqibətlə üzləşirlər. Tarix göstərdi ki, dövlətin sərvətlərini talan edib, xalqı səfil vəziyyətində yaşadanlar xalqın qəzəbindən qurtula bilmədi.

Azərbaycanda da eyni vəziyyətdir və tarix təkrarlanır. Artıq insanlar başa düşür ki, gücün yaratdığı əmin-amanlıq masqa geyinmiş qeyri-sabitlikdir.

Bir halda ki, bu hökumətin başında duranlar tarixdən xəbərdardı, bir halda ki, gücün müvəqqəti olduğunu bilirlər, o zaman öz aqibətlərini də düzgün qiymətləndirə bilirlər. Ona görə də dünyaya tarix dərsi keçmək əvəzinə, tarixdən dərs götürmək lazımdır. Ramiz Mehdiyevin yuxarda səsləndirdiyi fikirlər ən çox Azərbaycan hökumətini hədəf seçir.

14611084_1821432471465873_4304763942177366033_n

Реклама

Bu adam Azərbaycanın zülm tarixinə öz adını yazdı.

14732342_1821402281468892_2570429371169610569_nTanıyın, tanıtdırın! Bu adam «heykəl məhbusu» Qiyas İbrahimova 10 il həbs qərarı oxuyan, hakimlik peşəsinə və həqiqi məhkəməyə ləkə olan, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Ənvər Seyidovdur. Bu adam həm də bilərəkdən, yaxud bilməyərəkdən Azərbaycanın zülm tarixinə öz adını yazdı.Deyirem goresen bunlar gece nece rahat yatirlar?Vicdansiz deyende bele kimileri nezerde tuturmuslar.Soz yox ki onsuzda bu insan bu sistemde bu vezifeye qeder gelib cixibsa ograshin dal ayagidi, ama inandirim sizi ki burda vetenshuvenlik eden bizlerden coxumuz belkede onun yerinde olsaq qorxumuzdan eyni qerari vererdik, acidi bilirem ama heqiqetdi.Her şey bu milletden aslidi millet susanda bele özbaşinaliqda olacaq hele bu harasidi qabaxda cox surpiriz var ehh…

Ilham Əliyev ailəsinin icinde narkomaniyaya qarşı tədbirlərə start versin

14632865_1821400468135740_4222299720433440425_nBirinidə yazım, atalar demiş Xaliqdən gizli deyil bəndədəndə gizli olmasın. Bəlkə eşidərdiz 2009 cu ildə «Ekstazi» işi deyə bir cinayyət işi acılmışdı. Bir xeylam «Şışkanın» balasını salmışdılar qoduxluğa. TV-lərdə hec nə deyilmədi ama Muxalifət qazetləri yazırdı. Mənə marağlı idi ki, bu qədər prokuror və Məhşur bir neçə adamın oğlunu niyə tutublar ?! Deyim Sizdə bilin. Bakıda prokuror oğulları və İlhamə quliyevanın oğlununda olduğu bir dəstə var imiş. Bular ölkəyə narkotik və Ekstazi gətirirmişlər. Bulara gözün üstə qaşın var deyən yox idi, ta o günə kimi ki, Mehribanın qızı Leyla əliyeva bu Ekstaziyə qurşanana qədər. Təssəvür edirsiz bunu Mehriban biləndən 3 gün sora bu dəstədə kim var soxdular iceri.

P.S Bunu paylaşmağda məqsədim odur ki, Sizə əxlaqlı, namuslu, ağıllı ev qızı kimi sırananların kim olduğunu biləsiz.

14908205_1821400288135758_1156998215903578368_n

Toxun acdan nə xəbəri?!

14732154_1819731948302592_7918390037416937927_nEvdə uşaqları acından bir-birinin qulaqlarını yeyib bitirdilər. Sıra mənim qulaqlarıma çatanda tezdən yuxudan qalxıb evdən qaçdım. Daha neyleyim? Can şirin şeydir. Qışın günündə soyuq küçələrdə titrəyə-titrəyə alıcısız, müştərisiz olduğundan anası ölmüş yetim uşaqlara bənzəyən mağazaların qarşısından keçirdim.Dükanlarda hər şey: bütün nemətlər var, hətta dolub daşır. Bircə bu andıra qalmış pul yoxdur. Əslinə baxsan mənə çox bir şey də lazım deyildir. Bu günü idarə etməyə yavan cörək yetərlidir. Axşama kimi evə aparacağım bir tikə yavan çörək üçün baş vurmadığım, iş istəmədiyim yer qalmadı. Nisyə çörək istədim onu da vermədilər. Pulsuz olmaz! – dedilər. Satdıq heç nə də qalmamışdı. Bir vitrinin qarşısında çarəsizcə dayanıb özümə baxırdım. Tük basmış üzüm düymələri qırılmış nimdaş köynəyim, cibi sökülmüş, rəngi bozarmış kostumumla bir uyğunluq içində idi. Amma üc il öncə dayımım ad günümdə hədiyyə aldığı şalvarım bu halıma heç uymurdu. Birdən ağlıma bir fikir gəldi. Mağazaya girdim, satıcı ilə düz yarım saat çənə-boğaz oldum, sonda nisyə də olsa razılaşdım, satılsa gəlib pulunu alacağam. Şalvarımı dükana nisyə buraxıb, alt tumanda, pencəyimin yaxalığını yuxarı qaldırıb evə dönürdüm. Içimdə kiçik də olsa bir ümüd işarmışdı. Bəlkə…
Evə girəndə acından süzülmüş uşaqların gözü əlimdə idi. – Ata, çörək gətirdin?
Televizorda bir millət vəkili çıxış edirdi, „qazın qiymətini qaldırmaq lazımdır“ – deyirdi.
Başladım gülməyə! Mənim gülüşümdən uşaqların üzünə bir ümüd işığı doğdu.
Televizorda xəbərlər davam edirdi: Renad Əliyevi böyük partiya narkotiklə tutmuşlar!
Uşaqlar hey soruşurdular:
— Ata, çörək olacaq?
— Çörək olmasa da olar, acından ölsək də olar. Buna da min şükür! Şükr edək ki, bizim də cibimizə Renadınkı kimi narkotik qoyub içəri basmamışlar.

Yegana Rzayeva

«Siyasi mühacir» konveyri: «CARLTON»

kkTurizm şirkətinin rəhbərləri olan İlqar və Vüqar Yusifovlar Avropaya saxta sənədlə onlarla «mühacir» «ixrac» ediblər

Son illər Azərbaycanı tərk edərək, Avropa ölkələrinə sığınan vətəndaşların sayı xeyli artıb. Bunun başlıca səbəbi ölkədə normal siyasi mühitin olmaması ilə yanaşı, həm də sosial-iqtisadi çətinliklərdir. Amma Avropa ölkələrində siyasi mühacir statusu almaq daha asan olduğundan iqtisadi çətinlikləri olanlar da özlərini bu kateqoriyaya aid edərək, «sənəd» düzəldərək, mühacirliyə yollanırlar.

Bakıda bui şlə məşğul olan şirkətlər də var. Düzdür, onların sayı elə də çox deyil. Azsayda olan belə şirkətlərin arasında biri də var ki, konkret olaraq MTN-lə sıx əlaqəlidir və onların sayəsində uzunmüddət «siyasi mühacir» «ixracı» ilə məşğul olub.

«Carlton» adlanan həmin turizm şirkətinin başında İlqar və Vüqar Yusifov qardaşları durur. MTN-in turizmə nəzarət edən şöbəsinin rəisi,  Qafqaz Universitetinin prorektoru vəzifəsində çalışan Mustafanın, habelə bir müddət əvvəl ağır ittihamlarla həbs olunmuş İlqar Əliyevin himayəsinə sığınmış qardaşlar olduqca təhlükəli işlərə imza atıblar.

İqlar və Vüqarın rəhbəri olduqları «Carlton» şirkəti xeyli müddətdir Avropaya «siyasi mühacir» adıyla adamlar göndərirlər. Təkcə tərəfimizdən üzə çıxarılanların sayı 30 nəfərə yaxındır. Ki, onların da hamısı aldadılıb. Belə ki, Avropada asanlıqla mühacir statusu ala biləcəklərinə inandırdıqları adamlara təkcə viza xidməti deyil, həmçinin saxta sənədlər düzəltdikləri də verilən məlumatlar sırasındadır. İddia olunur ki, «Carlton»un rəhbəri xüsusi proqramçılar vasitəsi ilə Bakı şəhərində fəaliyyət göstərən məhkəmələrin möhürlərinin saxta eskizlərini hazırlayıb, hazır «sənəd» şəklinə salıblar. İstənilən adam onlara müraciət etdikdə həmin hazır möhürlü «sənədlər»i qaydasına salıb, ad, familiya əlavə edərək, həmin şəxsin guya, müxalifətin mitinqlərində iştirak etdiyi, sutkalıq həbs aldığı, habelə cərimə olunduğu və digər məsələlərlə bağlı «qərarlar» hazırlayıblar.

Mənbə bildirir ki, Vüqar və İlqarın bu işlərdən aldıqları pulun məbləği ölkələr üzrə dəyişib. Məsələn, Şərqi Avropa ölkələrinə mühacirət etmək istəyənlərdən tələb olunan məbləğ 7000 avro olubsa, Mərkəzi və ya Şimali Avropa ölkələrinə getmək istəyənlərdən alınan pulun məbləği 15 min avroya qədər yüksəlib.

İşin maraqlı tərəfi belədir ki, İlqar və Vüqar Yusifovlar Bakıdane saxta sənədlərlə göndərdikləri adamların Avropada qarşılanacağını vəd edirmişlər. «Carlton»un həmin ölkələrdəki nümayəndələrinin işi isə turist yığmaq deyil, məhz İlqarla Vüqarın adından gələnlərin pasportlarını çıraraq, onları çətin duruma salmaq olub.«Carlton»un göndərdiyi adamları Avropada qarşılayan «emissarlar», onların pasportlarını əllərindən alaraq, cırıblar. Və bunu belə əsaslandırıblar ki, guya, bu addım onların siyasi mühacir statusu almalarına imkan verəcək. Əslində isə həmin şəxslər kimliyini isbat edə bilmədikləri səbəbindən uzunmüddət düşdükləri ölkədə əziyyət çəkməli olurlar. Bir çoxu isə status belə ala bilmir və havada qalır.

Bildirək ki, «Carloton»un bu işlərdən əldə etdikləri qazanclar milyonlarla avro hesab olunur. Təbii ki, bu proseslərdən MTN-in məşhur zabitlərinin məlumatı olub. Amma susublar. Səbəbi isə «Carlton»dan hər ay aylıq haqlarını alması olub. Bəzi iddialara görə, Avropaya saxta yolla göndərilən adamlardan alınan pulların 30 faizi məhz MTN zabitləri olan Mustafa ilə İlqara çatıb.

Dəvədən böyük olan fil…

14555776_1803760686566385_163471866_nMənim xalqım! Dəvədən böyük olan fil… Renad Əliyevə azadlıq!

Hər zaman „dəvədən böyük fil var“ demişik. Fili qorxu bilməz, hürkü tamımaz, haqqı nahaqqa verməz, zalımın qarşısında, məzlumun arxasında olan olan biri kimi təsəvvür etmişik. Filə güvənmişik. Indi, nədənsə, xalqımızın təsəvvüründə sürə gələn bu düzən pozulmuş. Güvəndiyimiz dağlara qar yağmış. Güvəndiyimiz o fillər ya ölmüş, ya da palaza bürünüb bizim iqtidarla sürünmüşlər. Olmuşlar fırıldaqçı, şərəfsiz! Dəvə də onlardı, fil də. Əllərinin üstündə əl yoxdur. Özləri doğub özləri göbəyini kəsirlər. Işinə gələnə mükafat verir, işinə gəlməyənə cəza. Hələ bir az da irəli gedib, maşınına narkotik qoyub 12 il həbs cəzası verməyə çalışırlar. Amma unutmayın, bildirçinin bəyliyi darı sovrulana qədərdir. Ölkənin təbii sərvətləri bitdi. Xalqın bütün pulları ofşor hesablarında. Bu düzən belə davam etməz. Tunelin sonunda işıq görünür. Ondan sonra başınızı kimin qucağına qoyacaqsınız? Xalqa çəkdiyiniz bu dağın cavabını necə verəcəksiniz?

Firudin Dugi

Ilham Əliyev, iki gizi, birde kurekeni «koncenniy» naromandilar.

14568094_1820908098184977_3899598119752913881_n.jpgZiyalılarımızı “xuliqan” edirsiz, aktiv gənclərimizi narkoman… Bir özünüzə sual vermisiz ki, siz kimsiz?Doğrudanmı, bu gənclər idmancilar, fəallar hakimiyyətinizə belə təhlükə yaradır ki, gündəlik saxta ittihamlarla həbslər təşkil etdirirsiz?Polis asayişi qorumaq və ictimai təhlükəsizliyi təmin etmək əvəzinə, cəza maşınına çevrilib. Ilham Əliyevin iki gizi, birde kurekeni koncenniy naromandilar.Allah lenet etsin Arzu Əliyevanın həyat yoldaşı Səməd Qurbanov , Kəmaləddin Heydərovun oğlu Taleh Heydərovla Kalumbiyaya tez — tez getməkləri diqqət mərkəzinə düşüblər. Araşdırmalarımızdan sonra asın olub ki, İlham Əliyevin Kəmaləddin Heydərova göstərişi ilə satış və istifadə məqsədləri ilə Kalumbiyadan Azərbaycana narkotik gətirilir. Müasir narkoman ailə olan Arzu Əliyeva və Səməd Qurbanov bu narkotika biznesində pay sahibidilər. Səməd Qurbanov və Taleh Heydərov ayda ən azı bir dəfə Kalumbiyaya gedirlər. İlham Əliyevin və Kəmaləddin Heydərovun Kalumbiyada narkotik xassəli bitkilərin becəridilən plantasiyaları da var. Bunlar şərəflərini pula satan şərəfsizdilər.

14590444_1820950444847409_4926967227745040062_n

 

Azərbaycan azərbaycanlılarsızlaşır…

14656412_1820951028180684_3634326334608626150_nSon dövrlər ölkəni tərk edənlərin sayı həddən artıq artıb. Ölkədə necə acınacaqlı vəziyyət olması açıq aydın göz qabağındadır.

Azərbaycan vətəndaşları ölkəni kütləvi şəkildə tərk edirlər. Bununda əsas səbəbi ölkədə işsizlik, haqqsızlıq baş almasıdır. Ölkə avtoritarizm üslubu ilə müəyyən fərdlərin iradəsi ilə idarə olunur. Ona görədə ölkədə bütün sahələr monopolislərin nəzarətindədir. İşsizlər açıq bazar iqtisadiyyatı üslubundanda yararlana bilmirlər. Buna əsas səbəb yuxarıda qeyd etdiyim kimi ölkə qanunlarla deyil, fərdlərlə idarə olunmasını göstərmək olar. Digər tərəfdən isə ölkədə olan haqqsızlıq insanları ölkəni tərk etməyə vadar edir. Sərt beynəlxalq təpkiyə, daxili ictimai narazılığa baxmayaraq, Əliyev rejimi repressiyalardan əl çəkmir.

Çox təəssüflə qeyd edim ki, 1994-cü ildən bəri ədalətin qapısı sayılan məhkəmə sistemi hakimiyyətin əlində cəza alətinə çevrilib. Işin içərisində heç bir dəlil, sübut olmadığı, şahid ifadələrinin ziddiyyət təşkil etdiyi bir halda məhkəmələr ittihamedici hökmlər çıxarırlar. Bu isə ölkəni beynəlxalq aləmin biabır edən bir haldır.

Demokratiyanı beşikdə boğanın dəstəkçisi olan demokratiyadan danışmaya nə qədər haqlıdır?

14900349_1820358378239949_4891128302065674631_nİlham Əliyevin Azərbaycanda hakimiyyətə gəlməsinə və bu illər ərzində hakimiyyətini davam etdirməsinə,əslində hakimiyyəti qəsb etməsinə Rusiya,Amerika Birləşmiş Ştatları, İngiltərə, Fransa, Almaniya kimi (iqtisadi və hərbi potensiallı) dövlətlərin dəstək verdiyi şübhəsizdir.Lakin bu dövlətlər həm İlham Əliyevin Azərbaycan xalqını quldurcasına soyub-talamasına da bilavasitə şərait yaratmışlar,həm də onun xalqın,ölkənin sərvətlərini oğurlamasına da göz yumurlar. Bu dövlətlər içərisində özünü demokratiya carçısı və dəstəkçisi adlandıranlar da vardır.Bu dövlətlərdən hansısa İlham Əliyevin hakim rejimini ədalətlə mühakimə edə bilərmi və ya etmək istəyərmi ?! Bir xalqın hüquqlarının tapdanmasına biganə qalanlar o xalqın həyat şəraitinin yaxşılaşmasını istəyərmi? Demokratiyanı beşikdə boğanın dəstəkçisi olan demokratiyadan danışmaya nə qədər haqlıdır?

Merdane Huseynli

Блог на WordPress.com. Тема: Baskerville, автор: Anders Noren.

Вверх ↑