img1464010Avropa ölkələrində yerləşən bəzi Azərbaycan cəmiyyətlərinin rəhbərləri üzdə siyasi mühacir imici ilə hakimiyyətə yaxın dairələrlə əlaqə quraraq,  Avropada mühacir həyatı yaşayan siyasi fəallara qarşı qərəzli, böhtan xarakterli tədbirlər planı həyata keçirirlər. Almaniyanın Köln şəhərində yerləşən Alman-Azərbaycan Mədəniyyət Evinin funksiyasını buna misal göstərmək olar. Belə ki,  adıçəkilən şəxs cinayətkar rejimin agenti Rəşad Quliyev Facebook səhifəsində Avropada yaşayan həqiqi siyasi mühacirlər olan Fikrət Hüseynova, Riyad Əliyevə və qeyrilərinə şər böhtan kompaniyasına başlayıb. Bu sifarişləri isə bir-başa cinayətkar rejimin sifarişi ilə yerinə yetirməsinidə gizli saxlamır.

Bu yaxınlarda Rəşad Quliyevin facebook profili ilə YAP-nın əsas simalarından olan, millət vəkili Siyavuş Novruzovla yazışması üzə çıxmışdı. Həmin yazışmada Rəşad Avropada yaşayan mühacirlərə qarşı planlarını müzakirə etməyə çalışır, həm də Avropa dövlətlərində hakimiyyətin xeyrinə təbliğat-təşviqat işlərinin aparılmasından bəhs edilir.

Məlumat üçün qeyd edim ki,  Belçika krallığının apardığı araşdırmaları əsasında mühacir adı altında gizlənən cinayətkar rejimin agenti Rəşad Quliyevin əlindən mühacir statusu alınaraq Avropadan deportasiya olunub.

Hefte.az saytı Rəşad Quliyevin Siyavuş Novruzovla yazışmasını ictimailəşdirdikdən sonra Rəşad Quliyev Almaniyadan (+491634408880) nömrəli telefonla Hefteaz.tv saytının (0506554136) nömrəli telefona zəng edərək saytımızın rəhbəri Aqil Mahmudovla əlaqə saxlamış və saytımızın 7 iyun tarixli buraxılışında “Rəşad-Siyavuş cütlüyünün Avropa planı” adlı məqalyə öz etirazını bildirməklə yanaşı, dolayı yolla hakimiyyətlə iş birliyini etiraf etmişdir.

Hefteaz.tv saytı danışmanı olduğu kimi yaymışdır…

Aqil Mahmudov(Hefteaz.tv saytının baş redaktoru) – Bəli.Eşidirəm.

Rəşad Quliyev – Kiminlə danışıram?

Aqil Mahmudov – Baş redaktor Aqil Mahmudovla

Rəşad Quliyev – Aqil müəllim sizi narahat edən Alman-Azərbaycan Mədəniyyət evinin icraçı direktoru Rəşad Quliyevdir. O, Rəşad Quliyevdir ki, siz mənim haqqında düzgün məlumat verməmisiniz.

Aqil Mahmudov – Məqalə ilə bağlı iradınız var?

Rəşad Quliyev – Bəli var. Çünki, sizə verilən məlumat dezinformasiyadır.Yəni mən heç vaxt Siyavuş Novruzovla Feysbukda yazışmamışam.Ancaq etiraf edim ki, bir-iki dəfə yazışmamız olub. Sizin materalda qoyulan feysbukdakı statuslar hansısa hakerlərin işidir. Bunu qəsdən ediblər.

Aqil Mahmudov – Siz özünüz indi etiraf etdiniz ki, Siyavuş Novruzovla bir-neçə dəfə əlaqə saxlamısınız.

Rəşad Quliyev – Bəli bir neçə dəfə olub. bu da işlə bağlı olub.Bizim mədəniyyət evi Avropada Azərbaycan dövlətçiliyinə xidmət edir.Biz heç bir zaman imkan vermərik ki, Azərbaycan hakimiyyətinə qarşı hansısa qüvvələr şər-böhtan kompaniyası aparsın. Burada bəzi qüvvələr var ki, beynəlxalq təşkilatının tapşırığı ilə oturub-durur.

Aqil Mahmudov – Belə çıxır ki, siz  Almaniyada Azərbaycan hakimiyyətini təmsil edirsiniz.

Rəşad Quliyev – Xeyr.Sadəcə mən  hakimiyyəti dəstəkləyirəm.

Aqil Mahmudov– Yaxşı nəyə görə onda verilən məqaləyə öz etirazınızı bildirirsiniz?

Rəşad Quliyev – Etirazımı ona görə bildirirəm ki, həmin məqalədə mənə iftira atılıb.

Aqil Mahmudov – Sizi başa düşə bilmədim. Hansı iftiradan danışırsınız? Siz özünüz indi etiraf etdiniz ki, Siyavuş Novruzovla əlaqəniz var və siz Almaniyada Azərbaycan hakimiyyətini müdafiə edirsiniz. Bu reallıq deyil?

Rəşad Quliyev – Siz məni başa düşmək istəmirsiniz.Başa düşün ki, mən o məqalənin saytdan silinməsi üçün sizə zəng etmişəm.Sizdən xahişim budur ki, o məqaləni manşetdən çıxardın.

Şəkillərdə isə Siyavuş Novruzovla yazışması.

f92f91f93f95 (1)