14522896_1807929236149530_5998516763624256422_n«Milli Məclisin» İctimai birliklər və dini qurumlar komitəsinin sədri, Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini Peyser Siyavuş Novruzov müsahibə verib. Gicdanpon Siyavuş deyib:Evlərdə ehsan da verilə bilməz.Biz bir neçə gün əvvəl Qafqaz Müsəlmanları İdarəsi Qazilər Şurasında toplaşdıq. Tədbirdə QMİ sədri şeyxulislam Allahşükür Paşazadə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Qazilər Şurasının üzvləri, axundlar, imamlar, din xadimləri, həmçinin mən iştirak edirdik. Orada məhərrəmlikdə həyata keçirilən tədbirlərin həm qanuni tərəfləri izah olundu, həm də bu proseslərin dinə uyğun qaydada həyata keçirilməsi hər bir insana aid edildi. Bütün axund və imamlara da tapşırıldı ki, insanlar məhərrəmlikdə birlikdə namaz qıla, qan verə, müxtəlif şeylərdən ehsan edə bilərlər. Amma bunlar hamısı məscidin daxilində olmalıdır. Məsciddən kənar hər hansı nümayiş, yürüş, hansısa dini bayraqların qaldırılması hadisəsi ola bilməz.