14371976_1796529967289457_765464285_nHəyat yoldaşı Faiqə Nüsrəti hazırda həbsdə olan JAM.az saytının baş redaktoru Fikrət Fərəməzoğlu ilə görüşüb. Bu barədə Gununsesi.info-ya açıqlama verən baş redaktorun xanımı bildirib ki, görüş 1 saylı Bakı İstintaq Təcridxanasında baş tutub: “Bilirsiniz ki, bir neçə gün əvvəl Fikrəti yenidən “Bandotdel”ə aparmışdılar. Onun vəziyyətindən çox narahat idik. Görüşdük, saxlanma şəraitindən narazılığı yoxdur. Dedi ki, uzun zamandır hər hansı bir istintaq hərəkəti aparılmır. Bu da həbsinin qurama olmasını göstərir”.

Xanımı onu da bildirib ki, Fikrəti narahat edən məsələ onu həbsini sifariş edənlərin ailəsinə zərər yetirmə ehtimalıdır.