14657390_1809728822636238_8344652814700391264_n.jpgBu atalar sözünü dərinən təhlil edəndə körpü gedib çay o tərəfdə qalır. Nə çayın axarını dəyişə bilirsən, nə de körpüdən adam keçirə bilirsən. Belə olanda Dəli Domrul yada düşür: körpüdən keçəndən bir quruş, keçməyəndən iki quruş almaq lazımdır. Hansı ölü söyləmiş ki, dirilər halva yeyir? Kimə, nə vaxt, harda söyləmiş? Ölüyə nə fərq edər ki, dirilər nə yeyir? Qazan demiş içim qızıldır, çömcə demiş, gəzib gəlmişəm. O ölü ölmədən öncə, məgər, görmürdü ki, yazıq xalq quru çörək tapmır yeməyə, başda oturan bir ovuc məmur onların haqqını da, payını da, ruzusunu da yeyib harınlayıb. Onların halvayla işi olmaz! Halvanı ancaq mollalar yeyir, onlar yediyi ikradır. Amma bir gün gələcək ki, çox yemək onları az yeməkdən də qoyacaqdır.

Firudin Dugi