Samir Şərifov anti-korrupsiyada baş redaktorun üzünə adam durğuzdu: CİNAYƏT İŞİ AÇILDI
XƏZİNƏSİ ÇÖKƏN MALİYYƏ NAZİRİ HAYIFINI JURNALİSTDƏN BELƏ ÇIXIR
Korrupsiyaya Qarşı Mübarizə İdarəsi «Sonolay.org» informasiya agentliyinin baş redaktoru Ramin Məhəmmədoğlunu cinayət məsuliyyətinə cəlb edib. Bu barədə R. Məhəmmədoğlu özünün feyzbuk səhifəsində məlumat yayıb: «Mənə açılan maddədə 3000 min manatdan başlayan cərimə və 3 il müddətdə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur, hansını tətbiq edəcəkləri məlum deyil. Ortada konkret şikayətçi də yoxdur. Bu, mənə qarşı bir sifarişdir. Bu sifarişin başında Maliyyə Naziri Samir Şərifov dayanıb. Bütün bu proses Agcabədi rayon məktəblərində baş verən korrupsiya cinayətləri ilə bağlıdır. Çünki mənim baş redaktoru olduğum “Sonolay.org” saytı Ağcabədi məktəblərində baş verən ciddi korrupsiya cinayəti barədə geniş yazılarla çıxışlar edib. Və nəticədə yazdıqlarımız öz təsdiqini tapıb, Baş Prokurorluq təhsil müdiri barəsində cinayət işi açaraq materialı korrupsiyaya qarşı mübarizə idarəsinə göndərib. Aparılan yoxlama zamanı məlum olub ki, təhsil şöbəsinin müdiri Mehdi Əhmədov 900 min manata yaxın büdcə vəsaitini mənimsəyib».

R. Məhəmmədoğlu ona qarşı edilən haqsızlığın bir səbəbini də Jam.az saytnın hazırda həbsdə olan baş redaktoru Fikrət Fərəməzoğlunun ailəsinə tirbuna verməsi ilə izah edib: «Düzdür bunu mənə açıq şəkildə demirlər, ancaq işin gedişindən anlayıram ki, bu belədir. Açıq deməkdən ehtiyatlanırlar, bilirlər ki, yazacam. Ona görə də məni susdurmağın tək yolunu saxta ittihamlarla həbs etməkdə tapıblar».Əlacsız vəziyyətdə qaldığından, Prezident İlham Əliyevə müraciət edən, həmçinin, Baş prokurora onu qəbul etməsi üçün xahişnamə göndərən R. Məhəmmədoğlu hesab edir ki, maliyyə naziri Ağcabədi təhsilindəki mənimsəmə faktının tam şəkildə üstünün açılmasında maraqlı deyilmiş. Çünki 900 min manat yeyintinin «ört-basdır» edilməsi də təmənnasız olmayacaqmış. İlkin şikayətçi də məhz təhsil müdiri Mehdi Əhmədov olub. İstintaqın həyata keçirdiyi əməliyyat-axtarış tədbirlərinin əsas məqsədi də məhz nəyin bahasına olursa-olsun, R. Məhəmmədoğlunun əleyhinə istifadəyə yararlı materiallar tapmaq imiş. Baş redaktor əvvəlki yazılarında da bildirirdi ki, telefonu nəzarətə götürülüb, qohumlarına, həmyerlilərinə Antikorrupsiya İdarəsindən zəng vurulub onun üzünə durmağa təhrik edirlər. Görünür, idarəyə çağırdıqları şəxslərin hansınınsa ifadəsində tutacaq ter tapıblar.