14555776_1803760686566385_163471866_nBu ifadə, adətən, biri cızığından, bir iş cığırından çıxanda, məzlumun ahını alınanda, haqqı taptalananda işlədilir. Şeytana lənət oxuyurlar ki, vəsvəsə edib birini cızığından, bir işi cığırından çıxartmış, məzlumun ahını aldırıb, haqqını taptalatmış. Bəzən bu ifadə „lənət sənə kor şeytan“ kimi də işlədilir. Yəni tapdanan həqiqət, ayaqlar altına atılan haqq-ədalət o qədər açıq-aškardır ki, bunu görməmək üçün kor olmaq lazımdır. Yəni şeytan kor olmasaydı, bu haqqsızlığa onun vicdanı yol verməzdi. Bəzən olmazın bir işə qərar vermədən öncə, „bir dəli şeytan deyir ki,….“ kimi ifadə işlədirik. Bu o mənaya gəlir ki, bütün işlərimizə müxalif olan şeytan belə bu işə qərar verməsi üçün dəli olması lazımdır. Görən bu iqtidatda şeytan qədər vicdan yoxdurmu? Yoxsa kor şeytan da bundan fərli, dəli şeytan da bundan ağıllıdır!!!

Firudin Dugi