14595724_1810893215853132_260883363325743585_nAllah gapisin acsin,Taleh Bağırovun və bir neçə dindarların oktyabrın 12-də cərimə kamerasına (“kars”) salındığı bildirilir.

Bu haqda vəkillərindən Elçin Sadıqov xəbər verib.

Vəkilin deməsinə görə, T.Bağırovu, Sahil Rzayevi və bir neçə digər dindarı səhər saatlarında cərimə kamerasına salıblar. Onlar axşam saatlarınadək cərimə kamerasında saxlanılıb.

Vəkil bildirib ki, dindarların cəzalandırılması onların Aşura mərasiminə imkan verilməməsi ilə bağlı olub.

Vəkilin bildirdiklərinə, hələlik, Penitensiar Xidmətinin İctimaiyyətlə Əlaqələr şöbəsindən münasibət almaq mümkün olmayıb.

Bu il İslamda müqəddəs sayılan Məhərrəmlik ayı oktyabrın 3-də başlayıb. Oktyabrın 12-si isə Aşuradır.

Məhəmməd peyğəmbərin nəvəsi, şiə imamı Hüseyn və onun tərəfdarlarının qətlə yetirilməsi (Kərbəla hadisəsi) Məhərrəm ayının 10-da (Aşura günü. Aşura ərəbcə onuncu gün deməkdir) baş verdiyindən, bir çox müsəlman ölkələrində həmin gün matəm kimi qeyd edirlər.

2015-ci il noyabrın 26-da güc orqanları Bakının Nardaran qəsəbəsində xüsusi əməliyyat keçiriblər. Əməliyyat zamanı ikisi polis olmaqla, 6 nəfər həlak olub.

Həmin gün “Müsəlman Birliyi” Hərəkatının sədri Taleh Bağırov və onun bir qrup tərəfdarı həbs edilib.

Sonradan güc strukturları ümumilikdə 70 nəfərin həbs edildiyini bildirib. Onlardan daha yüngül maddələrlə ittiham edilənlərdən bir çoxunun məhkəməsi başa çatıb. Bəzilərinə 1 il 6 aydan, 6 il 6 aya qədər həbs cəzası verilib.

Taleh Bağırov, Abbas Hüseynov və daha 16 nəfərin məhkəməsi ayrılıqda davam edir. Taleh Bağırov və onunla saxlananlar qətldə, daha bir çox ağır cinayətlərdə ittiham edilir. Təqsirləndirilənlər bu ittihamları rədd edirlər, onlardan ifadələrin işgəncə altında alındığını bildirirlər. Ancaq məhkəmədə ifadə verən hüquq mühafizə əməkdaşları işgəncələrlə bağlı şikayətləri təkzib edirlər.