14555776_1803760686566385_163471866_n„Dəli“ kəlməsi bəzi dövrlərdə ağıllı insanların öz tənqidi fikirlərini demək, əməllərini icra etmək üçün bir vasitə olmuşdu. Belə mütərəqqi və əfsanəvi şəxslərdən biri də Dəli Domruldur. Çay üzərindən körpü qurdurmuş. Amma bu taydan o taya, o taydan bu taya keçərkən mal-heyvanını, oğul-uşağını suya qərq edən xalq o körpünü qəbul etmək istəməmiş. Bütün dövrlərdə mütərəqqi fikirlər, yeniliklər mühafizəkarların böyük təpkisinə məruz qalmış. Gözünü sevdiyim Dəli Domrul, almış əlinə bir zopa düşmüş xalqın canına, körpüdən keçəndən bir quruş, keçməyəndən iki quruş almış. Bu xalq çox xərcə düşməmək üçün tərəqqini qəbul etmiş. Indi düşünürəm ki, bizim bir Dəli Domrulumuz əskikdir. Ala əlinə zopanı düsə bu xalqın canına, seçkinyə getməyənə bir zopa, iqtidara səs vetənə iki zopa! Bəlkə o zama bu xalqın ağlı başına gələ!

Firudin Dugi