14555776_1803760686566385_163471866_nMollanın ölüdən xoşu gələn kimi dəlinin də dəlidən xoşu gələr. Amma nədənsə, dəli də dəlini görəndə çomağını gizlədərmiş. Dövrümüzün, sosial, siyasi yaşamımızın ən mühüm, aparıcı və həll edici hissəsi informasiyadır. Bu gün bütün dünyanı informasiya-xəbər idarə edir. Xəbərin doğrusu da dəlidədir. Çünki yerdə qalanlar ya kiməsə yaltaqlanmaq, ya kiməsə xoş gəlmək, ya çörəyinin xatirinə, ya ağasının sifarişi ilə, ya ağlının kəsdiyi qədəri və cəsarətinin çatdığı qədəri ilə xəbər yazır. Amma doğru xəbər yalnız dəlidə olur! Heç kimdən çəkinmədən, qorxmadan həqiqəti söyləyərlər. Bəzən də yatmışları oyatmaq üçün önəmli bir quyuya bir daş atarlar, illərlərin ətalətindən xalqı qurtarmaq üçün! Mürgülü ağıllılar əlləşsələr də o daşı çıxara bilməzlər. Bu əsrlərlə belə olmuş. Bu gün isə vəziyyət tamamilə başqadır. Dəlilər çoxalmış, atdıqları daşlarla bütün quyuları ağzına kimi doldurmuşlar, bir ağıllı tapılmır ki, bu daşları çıxartsın. Buna cəhd edən də yoxdur, əksinə iqtidar çalışır ki, bu quyuların üstünü ört-basdır etsin! Nə vaxta kimi? Bir gün bu dəlilər açarlar sandığı, tökərlər pambığı! Bu iqtidarın ipliyini bazara çıxardarlar. Dədəsinə də od vurarlar!

Firudin Dugi