14718608_1816878301921290_134213882766060918_n“Azadsoz.com“a göndərilən materiallara görə, Almaniyada özünü Köln Azərbaycan Alman Mədəniyyət evinin icraçı direktoru kimi təqdim edən Rəşad Quliyev əslində insan alveri və saxtakarlıqla məşğul olur. Bu barədə Rəşad Quliyevin qurbanları videomüsahibə verib. Qurbanlarından biri Adil Ağayevin sözlərinə görə, özünü və ailəsini Almaniyaya Rəşad Quliyev 14 min manat müqabilində gətirib. Onları Rəşad Quliyevə isə Məlahət Əliyeva adlı bir nəfər calayıb. Adil Ağayev bildirir ki, həmçinin Rəşad Quliyev onun yoldaşı Təranə Ağayevaya Azərbaycandan saxta sənədlər düzəldib. VİDEO-nu təqdim edirik:

Rəşad Quliyevin qurbanlarından biri də Fuad Vəlioğludur. O, bildirir ki, Rəşad Quliyev onun yoldaşı İlahə Mürvətovaya da da saxta sənədlər düzəldib. Bu dəfə isə Aytəkin adlı şəxs vasitəçilik edib. Videomüsahibəsini təqdim edirik:

Fuad Mürvətovun yoldaşı İlahə Mürvətovaya verilən sənədlərdən bir neçəsini təqdim edirik:

resa1

res1

Onu da qeyd edək ki, Rəşad Quliyev əvvəllər Belçikada siyasi sığınacaq aldıqdan sonra yaşamaq və fəaliyyət göstərmək üçün Almaniyaya gəlib. Mətbuatda gedən məlumatlarda göstərilir ki, o, Almaniyada Azərbaycan hakimiyyəti ilə sıx əlaqələr yaratdığı və onun təbliğatçısı olduğu üçün Avropadan Azərbaycana deport olunub. Lakin o, bir müddətdən sonra hansısa yollarla yenidən Almaniyaya gəlib öz işlərinə davam edib. Bu yaxınlarda onun adı Almaniyada vəfat edən azərbaycanlı gəncin vətənə göndərilməsi üçün yığılan pulları mənimsəməkdə də hallanmışdı.

Buna da bax: Meyit üzərindən pul qazanan “diasporçu”muz

Onu da qeyd edək ki, Rəşad Quliyev özünü Azərbaycan hakimiyyətinin nümayəndəsi kimi təqdim edir:

saxta