14708002_1809724689303318_4742391958402658093_oÖlkə qanunlarla idarə olunmur. Niyə? Çünki hakim olan qanun yox, hakim ailənin şəxsi ambisiyasıdır. Və nəhayətində Azərbaycan tamamilə talanmış, nefti də daxil olmaqla bütün sərvətləri tükənmiş quru bir məmləkətə çevriləcək. Bax onda bizdən sonra gələn nəsil onlara da çatmalı olan sərvətlərimizin talanıb yox olmasına göz yumduğumuz üçün bizi söyəcək.Tarixə nəzər salanda çox aydın görünür ki, ən qəddar, zalım, taxt-taca həris şahlar və krallar da hakimiyyətləri dövründə bu cür həbs və işgəncə siyasətindən bəhrələnməyə çalışmış, despod hakimiyyətlər, bir tarixi zərurət olaraq, tez-gec tarixin arxivinə “zibilliyə atılırmış kimi” görülmüş, hakimiyyətə, vaxtilə zindan həyatı yaşayanların özləri gəlmişlər.Inqlaba az galib.Özü kimi rüşvətxor məmurların öhdəsindən gələ bilməyən, Qarabağ münaqişəsinin «həllinə» imkan verməyən satqın, qorxaq İlham Əliyev, Ermənistan Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin «həllində» Azərbaycan Dövlətinin və Xalqının Milli maraqlarina zidd, Dağlıq Qarabağda yaşayan ermənilərə «muxtariyyət» statusu verməklə, Atası Heydər Əliyevin imzası ilə, satılmış Azərbaycanın işğal olunmuş topaqlarında ikinci (2-inci) Ermənistan Dövləti yaradılmasına razılıq verməklə, öz qeyri-qanuni hakimiyyətini və milyardlıq biznesini bu yolla qorumaq fikrindədir. Azərbaycan bu xain razılaşmaya heç cür razı ola bilməz! Ona görədə Azərbaycan Ordusu, Dövlət Təhlükəsizlik Xidməti «DTX» Xalqımızla birləşərək, Əliyevlərin Dövlətimizin zərərinə olan bu xain, satqın siyasətinə imkan verməməklə, bu hakimiyyəti tezliklə devirməlidirlər..!

Bundan sonra Qarabağda böyük müharibə aparmaqla öz torpaqlarımızı tam tutmalıdır. Azərbaycan Xalqı, Ordumuza və Dövlət Təhlükəsizlik Xidmətinə dəstək olacaqdır. Necəki, Aprel müharibəsində, Xalqımızın Dövlətimizə, Ordumuza olan dəstəyinin, Milli həmrəyliyinin hər kəs şahidi oldu!

Biz, 1990 -ci illər də olduğu kimi, ilin xalqı olduğumuzu, yenidən bir daha bütün Dünyaya sübut etməliyik!

Azərbaycan Xalqı vuruşan, cəsur və mərd xalqdır. Allah Dövlətimizi, Xalqımızı qorusun! Bu müqəddəs müharibədə, savaşda Allah hər birimizə kömək olsun. Amin!