14494867_1804978723111248_3211369988529225084_nHər yazımda ona görə istinad nöqtəm məhz sənsən ki, bu gün rejimin başında sən dayanırsan. Hamıdan, hər kəsdən sorumlu da məhz sənsən. Sabah lap oğlum, qardaşım bu rejimin başında durub ədalətsiz olacaqsa, mövqeyimi yenə dəyişməyəcəm.Bilmirəm, mənə qarşı son günlər hazırlanmış bu çirkin plan sənin yanında və ya səndən xəbərsiz, sənə xoş gəlmək üçün hazırlanıb, ya yox, amma çox bəsit və eybəcərdir.Azərbaycanın məşhur idmançısı, karatenin Şotokan və Vaderu növləri üzrə ikiqat Avropa Çempionu, beynəlxalq dərəcəli hakim, Ümumdünya Şotokan Karate Federasiyasının Azərbaycandakı nümayəndəsi Renad Əliyev 18 Oktyabr 2016 tarixində həbs olunub. I Avropa Oyunlarında karate üzrə yarışları idarə etmiş hakimlərdən biri qardasim Renad Əliyevə satış məqsədilə narkotik maddələri saxlamaq kimi saxta ittiham irəli sürülmüşdü. Çox gülməli və ucuz gedişdir. Bunun siysi bir sifariş olduğunu açıq-aydındır. Çünki Renad Əliyev kimi məhşur bir idmançının “Narkotika Satıcısı” kimi primitiv ittiham ilə günahlandırılması absurddur . Mən yalnız Allahımdan qorxuram, İlham Əliyev, həm də Ona tapınaraq, Onu qəlbən sevərək qorxuram. Adamların məni hədələmələri, şantaj və ya böhtan təhdidləri məni niyə qorxuzsun ki?Guya Elmar öldürüldü, yerimi boş qaldı? Bu gün Azərbaycan mediasında nə qədər elmarlar var. Heç hesabını söyləməyiblərmi sənə? Bilirəm, nəinki səni və komandanı, hətta dostları belə təəccübləndirmişəm. “Bu niyə belə sərt gedir?” – deyə biri digərindən soruşur. Nə deyib sevməliyəm, bu iqtidarı, qardaşım? Niyə sevməliyəm? Ötən gün siyasi məhbuslardan birinin atası mənə yazir mehribanlıqla görüşəndən sonra , bəs niyə bu qədər sərt yazırsan? Sənə xətər yetirərlər” – deyə qayğıma qaldı. Adamın balasını sənin rejimin həbs edib, o, həm də mənim qayğıma qalır. Budur, insanlıq İlham Əliyev, budur kişilik.İstəmirəm qardaşım, səndən gələn nə xeyiri, nə də ki, şəri. Qoy hamı bilsin, dəfələrlə olan təklifləri rədd etmişəm, bu gün də israrlıyam. Mənim mübarizəm şəxsi arzularım deyil, millətimin arzusudur. Mən ucqar bir dağ kəndində dərdi ilə baş-başa qalan kəndlinin, balasına çörək tapa bilməyən həmvətənimin dərdini sənə deyirəm. Bəs sən nəyin peşindəsən? Yığışdır bu hədə-qorxuları. Mənim gardaşim ömrü boyu nə siqaret çəkmiyib, nə də içki içib. Narkotikanı televizorda, kriminal verilişlərində görub.İllərdir ibadət edir.Sanki kamera önündə olurmuş kimi bir həyatı var. Mən o qədər də kövrək budaq deyiləm! Əyərsən, amma qıra bilməzsən!                                                                                                                                           Riyad Əliyev