14671281_1812553662353754_6676194998840223492_nHər zaman xalqın adından danışan, xalqın bunu seçdiyini söyləyən İlham Əliyevin əslində heç də xalqı yoxdur. Bunu hamıdan yaxşı onun özü bilir. Ona görə işdən evə, evdən də işə gedəndə minlərlə polis işçiləri yollarda, minlərlə insan da rollarda əsəb xəstəliyinətutulur. Haqq sözü deyən insanları bir-bir həbs edirir. Kimisi terrorçu, kimisi narkoman, kimisi xuliqan, kimisi də vətən xaini imiş. Hamısı da saxta ittihamlardır.İlham Əliyev bu xalqın səsini artıq çoxdan eşitmir, xalqı qarışqa gözündə görür. Onun talançı və monopolist bir komandası var. Həmin komanda bu xalqın anasını ağlatmaqla məşğuldur. Bu xalqın evini başına uçururlar, çırağını keçirirlər, qarşılığında heç bir kompensayisya vermirlər. Bu xalqın udmağa havasını tozla əvəzləyiblər. İllərdir bu ölkə toz-torpağın, palçığın içindədir. Bu xalqın qida təhlükəsizliyi yox, ölüm faizi artmaqda, ölümlər isə gəncləşməkdə davam edir. İlham Əliyevin xalqı var!? Yoxdur! Respublika gününə həsr edilmiş tədbirdə İlham Əliyev M.Ə.Rəsulzadənin bir dəfədə olsun adını çəkmədi, ancaq atası Heydər Əliyevdən danışdı. Sanki 1918-ci ilin mayın 28-də müstəqilliyi Heydər Əliyev elan edib, Rəsulzadə deyil. Halbuki, Heydər Əliyevin həmin dövrdə heç izi tozuda yox idi.