Təfəkkür Universitetinin Kiyev filialının rektoru Riyad Əliyev yeni iddia irəli sürüb: Təfəkkür Universitetinin əsl sahibi Azərbaycan Respublikasının 1-ci xanımı Mehriban Əliyevadır.Müşfiq Atakişiyevin isden govulmasi ,qardasim Renad Əliyevin hebsibu hamisi Mehriban Əliyevanin gosterisiyla olub. Azərbaycanin məşhur idmançısı, karatenin Şotokan və Vaderu növləri üzrə ikiqat Avropa Çempionu, beynəlxalq dərəcəli hakim, Ümumdünya Şotokan Karate Federasiyasının Azərbaycandakı nümayəndəsi Renad Əliyev 18 Oktyabr 2016 tarixində həbs olunub. I Avropa Oyunlarında karate üzrə yarışları idarə etmiş hakimlərdən biri qardasim Renad Əliyevə satış məqsədilə narkotik maddələri saxlamaq kimi saxta ittiham irəli sürülmüşdü.Çox gülməli və ucuz gedişdir. Bunun siysi bir sifariş olduğunu açıq-aydındır. Çünki Renad Əliyev kimi məhşur bir idmançının “Narkotika Satıcısı” kimi primitiv ittiham ilə günahlandırılması absurddur . Mənim mediada verdiyim məlumatların real sənədlərlə və video roliklərlə sübutu var. Ancaq sizə himayədarlıq edən və cinayətlərinizə şərik olan məmurların əli ilə saxta ittihamlarla mənə 2ci dəfədirki, qeyri qanuni cinayət işi açdırmısınız. Başlayaq ondan ki, mən mətbuata rəsmi sənəd təqdim etmişəm: Təsisçilik müqaviləsi. Orda tam aydınlığı ilə bilinir ki, mən Univeritetin 34%-nə malikəm. Bu təsisçilik müqaviləsini Müşfiq Atakişiyev öz imzası və möhürü ilə təsdiq edib. Əgər bu sənəd saxtadırsa, bunun tam məsuliyyəti Müşfiq Atakişiyevin boynuna düşür. Sonra, mən təqdim etdiyim sənədlərdə Tariyel Əhmədovun ailə üzvlərinin imzaladıqları pul qəbzini və təsisçilikdən imtina müqaviləsini mənə Tariyel Əhmədovun hüquqi varisi Zaur Əhmədov vermişdi. Youtubeda yerləşdirdiyim Zaur Əhmədovun səs yazmasında, onun tərəfdən bu təsdiqlənir. Daha sonra, Müşfiq Atakişiyev iddia edirki, mən Təfəkkür Universitetinin Kiyev filialının rektoru olmamışam. O filialın rəsmi binasının çəkilişini və tələbələrini Azərbaycan Saatı TV-də («İlham Əliyevi kim intihar həddinə çatdırıb») görə bilərsiniz. Mənə Yasamal rayonunda 24.11.2014-cü il tarixində, mənim və vəkilimin xəbəri olmadan qanunsuz məhkəmə iclası keçirilib və 147-ci və 148-ci maddələrlə mən axtarışa verilmişəm. Bu maddələrlə İnterpola axtarışa vermək mümkün deyil. Buna görə də, İnterpola Dələduzluq (178-ci maddə) maddəsi ilə axtarışa veriblər. Bu səviyyədə saxtakarlıq etməyə Müşfiq Atakişiyevə kim köməklik edir? Mən tam məsuliyyəti ilə deyirəm ki, Azərbaycan Respublikasının 1-ci xanımı və Təfəkkür Universitetinin əsl sahibi Mehriban Əliyevadır. Bu barədə, mən bir sıra açıqlamalar verəcəm…