14519775_1807917386150715_4546083497442192014_nKürdəxanı təcridxanasına qoşun yeridilib. Məhbusların rüşvətə və gündəlik yemək rasionunun azaldılmasına etriraz etdiyi deyilir və bunu hökumət yönümlü mətbuat yazır. Ona görə hələ ki, səbəb barədə məlumata ehtiyatla yanaşıram. Fəqət, yeri düşmüşkən bir məsələyə münasibət bildirmək istəyirəm. İndi bizdə hüquq-mühafizə, məhkəmə sisteminin ədaləti bilmərrə yoxdur. Bu sistem o cümlədən, icraedici hakimiyyət tərəfindən günhasızların cəzalandırılması vasitəsi kimi məşhurlaşıb. Mətləbim odur ki, bizim həbsxanalarda vəziyyət bərbad gündədir. Birdəfəlik başa düşmək lazımdır ki, indi 21-ci əsrdir. Cinayət törədənin cəzasının adı azadlıqdan məhrum edilməkdir, vəssalam. Adam orada əziyyət çəkməməlidir. Təcrid olundu, azadlığı əlindən alındı, bu onun cəzasıdır. Adam içəridə yayda istidən, qışda soyuqdan, yemək azlığından, natəmizlikdən, içəridəki qeyri-insani münasibətlərdən əziyyət çəkməməlidir. Adam həbs edilib, azadlıqdan məhrum edilib, daha həbsxanaya işgəncəli həyat yaşamaq üçün göndərilməyib. İndi orta əsrlər deyil ki, insana verilən cəza həm azadlıqdan məhrum etməni, həm də qeyri-insani rəftarı ehtiva etsin. Bilirəm, xeyliniz mənimlə razılaşmayacaqsınız. Bunun səbəblərini də anlayıram, hamını başa düşürəm Amma bu bəşəriyyətin tərəqqisi, sivilizasiya, 19-cu əsrlə 21-ci əsrin fərqidir. İnkişaf etmiş ölkələr bilməsələr, bunu etməzlər. Lap dar ayaqda məhz insani rəftar kiminsə vicdanını oyandıra bilər. Qeyri-insani rəftarın isə hələ kimisə tərbiyələndirdiyini görən olmayıb.Azərbaycan qərbə yox şərqə inteqrasiya edir,inteqrasiyası obyekti Şimali Koreyayadır.