14670726_1815667125375741_5025991244193658814_n14702386_1818391035103350_3220648399626514355_nHakimiyyetin qurbanları, iki genc. Özü de ki, sıradan bir gencler deyil.
Solda gördüyünüz Karate do üzre beynelxalq yarışların qalibi Renad Eliyev, sağda ise hamımızın yaxşı tanıdığı mübariz genc, «heykel» qenimi Qiyas İbrahimovdur. Qiyas İbrahimova 10 il hebs cezasının esl sebebi H.Eliyev toteminin üzerine ürek sözlerini yazması olmuşdursa da, bu emele cinayet mecellesi ile don geyindirmek mümkün olmadığını gören iqtidar Qiyası narkotik maddelerin saxlanması ve satışı ittihamı ile şerleyib hebs etmişdir.
Renad Eliyevi ise, qardaşı Riyad Eliyevin facebook üzerinden hakimiyyeti ciddi tenqid etdiyi sebebi ile Riyad Eliyeve tezyiq göstermek meqsedi ile hebs etmişler. Adını ise deyişib narkotik maddelerin satışı ittihamı qoyublar.
Nece ki, ABU-nin rektoru prof.Elşad Abdullayeve tezyiq meqsedi ile, ABU-ni rektorun elinden güc yolu ile almaq meqsedi ile rektorun qardaşı, ABU-nin prorektoru Mahir Abdullayevi oğurlamışlar ve cinayeti 13 ildir ört-basdır edirler.
Her iki genc neinki narkotik maddelerden, hetta içkiden, tütün memulatlarının qebulundan uzaq, savadlı, istedadlı ve perspektivli genclerdir.
Sual etmisinizm
i ki, ne üçün hakimiyyetin qurbanları silah alveri deyil de, qetl hadisesi deyil de, oğurluq deyil de mehz narkotik maddelerin satışı ittihamı ile hebs edilirler?
Cavab sadedir: «Kimin elinde ne varsa ona qonaq eder».
Bu diktatura, zalımlıq deyil bes nedir?
Öz genclerine qarşı, öz vetendaşlarına qarşı bunu eden siz hakimiyyet, emin olun ki, öz ayaqlarınızın altını qazırsız.
Meger ALLAHdan qorxmursuz?
Meger düşünürsünüz ki, hakimiyyeti daim bu qayda ile idare edeceksiniz?
Heç tarixden ibret götürmedinizmi?
Her gün, her saat yeni Qiyaslar, Talehler, Renadlar yaranır. Mehz sizlerin «zehmeti» neticesinde.
P.S. Gencliyin ruhunu sındırmağa çalışan hakimiyyet bunun evezinde inadkar ve qanlı gencliyin qurbanı olar.
Siz edin gülle-çiçeklerle xiyabanı ziyaret,
Ki, olsun bu sayaq adetiniz xalqa kifayet.
Olsa ger çox danışan, hem deyinen, etse heqaret,
Bur qolunu, kes sesini, qoy zindana, elbet
Çürüyüb mehv olacaq, ya ölecek «öz ecelinden»,
Siz de keyf alasız yaltaqların ince sesinden.
Sabri Quliyev.