14390837_1818895058386281_5997741262085059916_n.jpgDostlar, siyasi məhbuslar arasında elə şəxslər var ki, ictimaiyyət onları hələ də tam, yaxşı tanımır. Onlardan biri bu gün 50 yaşını həbsxanada «qeyd edən» siyasi girov Mübariz Abdullayevdir. O, fəaliyyətinə xitam verilmiş Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevin qardaşı oğludur. O, əmisinin yaydığı, hakimiyyəti ifşa edən «mandat alveri» və digər qalmaqallı videolara görə 3 ildən çoxdur ki, şərlənib həbs olunub. Mübariz Abdullayev 10 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilib. O 3 ildir ki, həbs olunduqdan sonra dünyaya gələn 3 nəvəsinin hələ üzünü görməyib. Onları bir baba olaraq bağrına basıb nəvaziş göstərə bilməyib. Hakimiyyət Elşad Abdullayevdən qisasını onun Kürdəmirdə yaşayan sadə, dinc və günahsız kəndli qohumundan çıxır, onu 3 ildir ki girov saxlayır. Gəlin, siyasi məhbusları unutmayaq. Şad və dar günlərində onların yanlarında olduğumuzu bir daha bildirək. Doğum günün mübarək Mübariz bəy! Sizə dözüm, səbr və mübarizə dolu ömür arzulayıram. İnanıram ki, növbəti doğum günlərinizi ailənizlə, nəvələrinizlə bir yerdə keçirəcəksiniz. Sizin timsalınızda bütün siyasi girovlara və siyasi məhbuslara Azadlıq arzulayıram! Azadlıq sizin haqqınızdır!