14731393_1818900415052412_4049166611476960020_nInterpol Təfəkkür Universitetinin Kiyev filialının rektoru olmuş, hal-hazırda Almaniyada mühacir həyatı yaşayan Riyad Əliyevin saxta ittihamlarla interpol xətti ilə beynəlxalq axtarışa verilməsini bugündən dayandırıb.

Belə bir hal keçmiş millət vəkili, hal-hazırda Almaniyada mühacir həyatı yaşayan Hüseyn Abdullayevdədə baş vermişdir. Belə ki, o da interpol xətti ilə axtarışa verilib və sonradan interpol həmin axtarışı ləğv etmişdir.Bir sözlə bu hakimiyyət özünü gülünc vəziyyətə qoyub. Bunlar anlamırlar ki, insanı axtarışa verməklə subut edirlər ki, bu insan hakimiyyət tərəfindən təqib olunur.

Birləşmiş Millətlər Təşkilatının Qaçqınların statusu haqqında 1951-ci il Konvensiyanın 1-ci maddəsinə əsasən “qaçqın” terminin ümumi məzmununa görə irqi, dini, vətəndaşlıq əlamətlərinə, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqib olunmasına tamamilə əsaslandırılmış təhlükə yarandığı üçün vətəndaşı olduğu ölkədən kənara çıxan və bu ölkənin müdafiəsindən istifadə edə bilməyən və ya bu təhlükələr səbəbindən belə müdafiədən istifadə etmək istəməyən; və yaxud müəyyən bir ölkənin vətəndaşlığına malik olmayan və belə hadisələr nəticsində özünün ilkin adi yaşayış yerinin mənsub olduğu ölkədən kənara çıxan, bu cür təhlükələrin qorxusundan ora qayıda bilməyən və ya qayıtmaq istəməyən” hər bir şəxsə şamil edilir.Azərbaycanın məşhur idmançısı Renad Əliyev 18 Oktyabr 2016 tarixində həbs olunub. I Avropa Oyunlarında karate üzrə yarışları idarə etmiş hakimlərdən biri, karatenin Şotokan və Vaderu növləri üzrə ikiqat Avropa Çempionu, beynəlxalq dərəcəli hakim, Ümumdünya Şotokan Karate Federasiyasının Azərbaycandakı nümayəndəsi Renad Əliyev satış məqsədilə narkotik maddələri saxlamaq kimi saxta ittiham ilə bu günlərdə saxlanılıb. Nəzərinizə çatdıraq ki, Renad Əliyev Avropa Azərbaycanlıları Milli Birlik Şurası sədrinin müavini və təşkilatın Almaniya nümayəndəliyinin rəhbəri Riyad Əliyevin kiçik qardaşıdır. Riyad Əliyev Almaniyaya mühacirət etdiyi vaxtdan qisa zaman sonra qurmuş oldugu AZƏREUROTİMES internet saytı vasitəsi ilə Əliyev ailəsi başda olmaqla bütün iktidar mənsublarına qarşı sərt yazılar yayınlayırdı. Bu səbəbdən adı keçən sayt dəfələrlə Əliyev rejimi tərəfindən müxtəlif yollarla əngəllənsə də, Riyad Əliyev böyük əzmlə saytın fəaliyyətini bu günə qədər davam etdirir. Biz AAMBŞ olaraq hesab edirik ki, Renad Əliyev kimi məhşur bir idmançının “Narkotika Satıcısı” kimi primitiv ittiham ilə günahlandırılması absurddur. Bundan bir neçə ay əvvəl də Əliyev rejimi Riyad Əliyevə təzyiq göstərmək üçün onun Azərbaycandakı ailə mənsublarına böyük təzyiqlər edirdilər. Onlar Riyad Əliyevin ailəsinə təzyiqlər edərək hətta onların Riyad Əliyevdən imtina bəyanatı yayınlamalarına da nail olmuşdular. Təfəkkür Unversitetinin Kiev Filialının keçmiş rektoru Riyad Əliyev mühacirət həyatından öncə Azərbaycanda Təfəkkür Unversitetinə qoyduğu bütün sərmayə iqtidar mənsubları tərəfindən qəsb edilmiş, uzun illər saxta ittihamlarla həbsdə girov olaraq saxlanılmışdı. Bütün bunlar onu göstərir ki, Renad Əlievə qarşı irəli sürülən ittiham tamami ilə uydurmadır. Renad Əliyevin həbsi Riyad Əliyevin iktidar tərəfindən cəzalandırılmasının davami kimi dəyərləndirilməlidir.