14670726_1815667125375741_5025991244193658814_nQaydalara görə, petisiyaya cavab verilməsi üçün 1 ay ərzində müraciətin ən azı 100 min nəfərin (elektron) imzalaması lazımdır.

https://petitions.whitehouse.gov/petition/protest-arrests-are-politically-motivated

linkinə daxil olmaq lazımdır.
Daha sonra sağda yerləşən boşluqlara ardıcıl olaraq öncə ad, soyad, e-mail adres sonda isə poçt indeks kodunu yazıb, “sign now” sözünə tıklanmalıdır.
Petisiyanı imzalamağınızla bağlı sizin qeyd etdiyiniz e-mail adresinizə təsdiqləmə mesajı gələcəkdir. Həmin maili açıb “Confirm your signature by clicking here” yazısına tıklayaraq, səs vermiş olursunuz.
Qeyd edək ki, aprelin 6-da başladılan imza kampaniyasını artıq 65 mindən çox şəxs imzalayıb. Petisiyanı 13 yaşdan yuxarı şəxslər imzalaya bilərlər.
Bəzən Ağ Evin rəsmi internet saytında yaradılan bu cür petisiyalar 100 min səs topladığı halda,  ABŞ prezidenti Barak Obamanın həmin petisiya ilə bağlı bəyanat yayması gözlənilir.
 Azərbaycanın məşhur idmançısı Renad Əliyev 18 Oktyabr 2016 tarixində həbs olunub. I Avropa Oyunlarında karate üzrə yarışları idarə etmiş hakimlərdən biri, karatenin Şotokan və Vaderu növləri üzrə ikiqat Avropa Çempionu, beynəlxalq dərəcəli hakim, Ümumdünya Şotokan Karate Federasiyasının Azərbaycandakı nümayəndəsi Renad Əliyev satış məqsədilə narkotik maddələri saxlamaq kimi saxta ittiham ilə bu günlərdə saxlanılıb. Nəzərinizə çatdıraq ki, Renad Əliyev Avropa Azərbaycanlıları Milli Birlik Şurası sədrinin müavini və təşkilatın Almaniya nümayəndəliyinin rəhbəri Riyad Əliyevin kiçik qardaşıdır. Riyad Əliyev Almaniyaya mühacirət etdiyi vaxtdan qisa zaman sonra qurmuş oldugu AZƏREUROTİMES internet saytı vasitəsi ilə Əliyev ailəsi başda olmaqla bütün iktidar mənsublarına qarşı sərt yazılar yayınlayırdı. Bu səbəbdən adı keçən sayt dəfələrlə Əliyev rejimi tərəfindən müxtəlif yollarla əngəllənsə də, Riyad Əliyev böyük əzmlə saytın fəaliyyətini bu günə qədər davam etdirir. Biz AAMBŞ olaraq hesab edirik ki, Renad Əliyev kimi məhşur bir idmançının “Narkotika Satıcısı” kimi primitiv ittiham ilə günahlandırılması absurddur. Bundan bir neçə ay əvvəl də Əliyev rejimi Riyad Əliyevə təzyiq göstərmək üçün onun Azərbaycandakı ailə mənsublarına böyük təzyiqlər edirdilər. Onlar Riyad Əliyevin ailəsinə təzyiqlər edərək hətta onların Riyad Əliyevdən imtina bəyanatı yayınlamalarına da nail olmuşdular. Təfəkkür Unversitetinin Kiev Filialının keçmiş rektoru Riyad Əliyev mühacirət həyatından öncə Azərbaycanda Təfəkkür Unversitetinə qoyduğu bütün sərmayə iqtidar mənsubları tərəfindən qəsb edilmiş, uzun illər saxta ittihamlarla həbsdə girov olaraq saxlanılmışdı. Bütün bunlar onu göstərir ki, Renad Əlievə qarşı irəli sürülən ittiham tamami ilə uydurmadır. Renad Əliyevin həbsi Riyad Əliyevin iktidar tərəfindən cəzalandırılmasının davami kimi dəyərləndirilməlidir.