Polis rəisindən qanunlarımaza sayğısızlıq: - Vəkilə zor tətbiq edilərək azadlığı məhdudlaşdırıldıXatırlayırsınızsa ötən günlərdə Beyləqanda polis rəisi ilə vəkil Fəxri Rüstəmov arasında xoşa gəlməz münaqişə yaranmışdır. Bu haqda Ajiotaj.az saytı olaraq geniş yazı dərc etmişdik. Həmin vaxtlar vəkilin Ajiotaj.az-a verdiyi açıqlamada göstərilirdi ki, müdafiəsi altında olan şəxsi müdafiə etmək üçün Beyləqan rayon polis şöbəsinə getmiş, ancaq polis rəisinin qanunsuz göstərişi əsasında vəkil Fəxri Rüstəmov polis şöbəsinin inzibati binasına buraxılmamış, belə olduqda isə vəkillə polis rəisi arasında insident yaranmışdır.

Polis rəisindən qanunlarımaza sayğısızlıq: - Vəkilə zor tətbiq edilərək azadlığı məhdudlaşdırıldıPolis rəisinin vəkilin polis şöbəsinə buraxılmaması ilə bağlı qanunsuz tapşırığından dolayı Fəxri Rüstəmov rəisin hərəkətlərindən Beyləqan rayon Prokurorluğuna şikayət ərizəsi ilə müraciət etmiş, həmin şikayətnamənin sürəti Azərbaycan respublikasının Prezidentinə, Daxili İşlər Nazirinə və Baş Prokurorluğa göndərilmişdir.
Vəkil Fəxri Rüstəmov həmin müraciətində açıq şəkildə qeyd edirdi ki, icraatında olan cinayət işləri ilə bağlı Beyləqan rayon polis şöbəsinin inzibati binasına daxil olarkən ona qarşı ola biləcək hər hansı qanunsuz hərəkətlərin onun ziyanına ola biləcəyini, həmin halların baş verməməsi üçün və öz vəzifə borcunun yerinə yetirilməsinə hüquqi təminat verilməsinə köməklik edilməsinə xahiş etmişdir.

05 oktyabr. 2016-cı il tarixdən 25 oktyabr 2016-cı il tarixinədək RPŞ-nin inzibati binasılna daxil olmamış, iştirak etdiyi cinayət işləri üzrə istintaq hərəkətləri Beyləqan rayon Prokurorluğunun inzibati binasında aparılmışdır.

25 oktyabr 2016-cı il tarixdə isə polis rəisi ilə vəkil Fəxri Rüstəmov arasında daha bir qalmaqallı olay yaşanıb. Belə ki, vəkil Beyləqan rayon polis şöbəsinin inzibati binasının ərazisinə daxil olarkən polis şöbəsinin rəisi Fizuli Şixəliyevlə rastlaşmışdır. Vəkili görən polis rəisi ona qarşı ağır ifadələr işlətmiş, polis şöbəsinin inzibati ərazisindən çıxmasını tələb etmişdir. Vəkil öz növbəsində ərazini tərk etmiş, lakin polis rəisinin belə bir qanunsuz hərəkətlərinə görə cavab verəcəyini bildirmişdir. Polis rəisi isə cavabında vəkilə “əvvəl şikayət etdin nə əldə edə bildin ki, indi də edib nə edəsən”- deyib.

Rəisin özündənrazı dolu cavablarına qarşı qanunla danışan vəkil hər şeyin biz zamanı var deməsinə rəgmən rəis ona “sən məni hədələyirsən”- deyərək vəkilin üzərinə yerimiş və eləcə də qapıda duran polis nəfərlərinə göstəriş verərək onu polis şöbəsinin inzibati binasına aparılmasına göstəriş vermişdir. Rəisin vəkilə qarşı qanunsuz göstərişini can-başla yerinə yetirən polis nəfərləri şöbənin həyətindən çıxan vəkilin üzərinə hücüm çəkərək ona zor tətbiq etməklə şöbənin həyətinə salmış və şöbənin inzibati binasına aparmışlar. Bu anlar isə anba –an şöbənin həyətində quraşdılrılmış kameralar vasitəsi ilə qeydə alınmışdır.

Beyləqan polis şöbəsinin rəisi F. Şixəliyevin əvvəlcədən “qaraladığı” vəkil Fəxri Rüstəmova qarşı belə bir qeyri-qanuni addımlar atması 28.10.2016-cı il tarixdə Baş Prokuror Zakir Qaralovun Beyləqan rayonunda vətəndaşları qəbul edərkən vəkilin də həmin qəbulda iştirak etməsinə səbəb olmuş, lakin RPŞ-nin rəisi bu qəbuldan əvvəlcədən xəbərdar olduğu üçün Fəxri Rüstəmovun Baş Prokurorluğun qəbulundan yayındırılmasına hesablanmış belə bir iyrənc oyuna əl atmışdır.

P.S. Vəkil Fəxri Rüstəmov 25 oktyabr 2016-cı il tarixində Beyləqan rayon polis şöbəsinin qarşısında, rəisin qanunsuz göstərişi ilə polis nəfərləri tərəfindən zor tətbiq edilərək, polis şöbəsinin inzibati binasına aparılması, təhqir edilməsi və azadlığının qanunsuz olaraq 3 saat müddətində məhdudlaşdırılması barədə Beyləqan rayon Prokurorluğuna və Baş Prokurorluğa müraciət etmişdir.