14718784_1811999835742470_3454564992685300900_nYenə hədə-qorxu, yenə üstü örtülü mesajlar mənə yazırlar. ABŞnın Prezident Administratsiyasına yazdığım petitisayaya görə. Hədə qorxu ən yaxşı kozırdır. ƏLİYEV REJİMİNİN, Xalqın gözün elə qorxudublar ki, petitisiya səs vermir. Səs verir türkler, çeçenlər, ukraynalılar. Onlar Azadlığa görə mübarizə apara bilirlər, biz yox. Bizim kütləni seçkiyə başını ayırmaq üçün ən yaxşı və sinanılmış üsul. Yenə lazım olsa hədə-qorxusu gündəmdədir! Ne olsun ki, ordumuz impotentdir! Ne olsun ki, bir təbii fəlakətlə baş başa qalan kimi heç bir səriştə göstərə bilməyən hökümətimiz var! Əsas odur ki, lazım olsa sehrli söz birləşməsi işlədilsin! Sonrası, AzTVlik və Siyavuş, Zahid Oruc triosunundur! Xalq isə hamısını yeyəcə. ANSlə bərabər üstündən su da içəcək! Xalqa gəldikdə… Əslində, sekçilərlə bağlı xalqın durub öz sözünü deyəcək ümidləri darmadağın olub! Qul bayramında (Xalq gül bayramı adlandırır) insanların xoşbəxt simalarını görəndə bunlara buda azdır! Ciblərindən oğurlanmış 15 milyona alınmış gül çicəyə baxmaq üçün xalq bir-biri ilə ölüm dirim savaşına girir! Bulvardakı konsərtə, 400.000 insan gəlir! Ciddi rəqəmdir! Konkret düşmən Əliyev və ətrafını seçmək lazım olduğunu düşünürdüm! Amma, insanların öz hesabına gül alıb Heydər Əliyevin heykəlinə doğru xoşbəxt sima ile sürü ilə getdiklərini görəndə bu fikri atdım! Dəhşətli mənzərə idi! Özümü Oruelin qəhrəmanları arasına düşdüyümü hiss edirəm, bu yekəqarın kişilər mırıq dişlərini çölə qoyub Ulu öndərin işıqlı yolundan tam səmimi danışırdılar övladlarına! Orqiyanın davam edir və bir anlıq sanki bütün situasiyaya qıraqdan baxmağa başladım! Xoşbəxt yüzlərlə insan və aralarında deyinən qəzəb və nifrət püskürən mən! Nə isə. Bəlkəmdə düzələcək, amma bu kütlə ilə yox. Petitsiyanı neyniyir qullar…

Riyad Əliyev