14900349_1820358378239949_4891128302065674631_nİlham Əliyevin Azərbaycanda hakimiyyətə gəlməsinə və bu illər ərzində hakimiyyətini davam etdirməsinə,əslində hakimiyyəti qəsb etməsinə Rusiya,Amerika Birləşmiş Ştatları, İngiltərə, Fransa, Almaniya kimi (iqtisadi və hərbi potensiallı) dövlətlərin dəstək verdiyi şübhəsizdir.Lakin bu dövlətlər həm İlham Əliyevin Azərbaycan xalqını quldurcasına soyub-talamasına da bilavasitə şərait yaratmışlar,həm də onun xalqın,ölkənin sərvətlərini oğurlamasına da göz yumurlar. Bu dövlətlər içərisində özünü demokratiya carçısı və dəstəkçisi adlandıranlar da vardır.Bu dövlətlərdən hansısa İlham Əliyevin hakim rejimini ədalətlə mühakimə edə bilərmi və ya etmək istəyərmi ?! Bir xalqın hüquqlarının tapdanmasına biganə qalanlar o xalqın həyat şəraitinin yaxşılaşmasını istəyərmi? Demokratiyanı beşikdə boğanın dəstəkçisi olan demokratiyadan danışmaya nə qədər haqlıdır?

Merdane Huseynli