14906950_1819734411635679_498460688220915829_nNece deyeller eşek palciga bir defe girer, bizim eşek Ilham Əliyev palcigdan cihmir,Bu dəfə də xalqın haqqını Avropa Olimpiya Festivalına xərcləmək istəyirlər

Sosial-iqtisadi vəziyyət nə qədər pisləşsə də, vətəndaşın həyat şəraiti nə qədər ağırlaşsa da Ilham Əliyev qətiyyən narahat deyil. Bu ağır vaxtlarda da vətəndaşın boğazından kəsib, mənasız layihələrə milyonlar xərcləməyə hazırdı.

“Azərbaycan 2019-cu ildə keçiriləcək Avropa Olimpiya Festivalına ev sahibliyi edə bilər”. Bunu Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə bu gün keçirdiyi mətbuat konfransında deyib.Məsələ burasındadır ki, Belarusiya 2019- cu ildə Avropa Olimpiya Festivalına ev sahibliyi edəcəyi üçün, ikinci Avropa Oyunlarına ev sahibliyi etməkdə tərəddüd keçirir. Amma Azərbaycan hökuməti sinəsini qabağa verərək deyib ki, siz ikinci Avropa Oyunlarına ev sahibliyi edin, lazım gəlsə biz Avropa Olimpiya Festivalının yükünü çəkərik.

Azərbaycan tərəfinin bu təklifi Belarusiya prezidentinə çatdırılıb və Lukoşenko ölkəsinin ikinci Avropa Oyunlarını qəbul etdiyini bildirib.

Göründüyü kimi ölkə vətəndaşının aclıqla, işsizliklə sınağa çəkildiyi bir vaxtda, hakimiyyət mənasız bir yarışmaya yenidən könül vermək istəyir. Şəhid ailələrinin sığorta pulunu verməyə canları çıxır, 2.5 milyon vətəndaşın kredit bataqlığında çırpınmasına tamaşa edirlər, xarici borc yükünü artırırlar, səhiyyə xərclərini azaldırlar və bütün bunlardan sonra heç kimin sahib çıxmadığı daha bir yarışmaya ev sahibliyi etmək istəyirlər.

Əslində Azərbaycan tərəfinin belə bir təkliflə çıxış etməsi ictimai rəyə tüpürmək, vətəndaşı təhqir etməkdi. Açıq şəkildə “yada atarıq, xalqa vermərik” deyirlər. Büdcəni doldurmaq üçün hər gün cərimələri sərtləşdirirlər, qiymətlər sürətlə qalxır, qənaət rejiminə keçdiklərini bildirirlər və utanmadan da Olimpiya Festivalı keçirmək təklifi verirlər.