14656412_1820951028180684_3634326334608626150_nSon dövrlər ölkəni tərk edənlərin sayı həddən artıq artıb. Ölkədə necə acınacaqlı vəziyyət olması açıq aydın göz qabağındadır.

Azərbaycan vətəndaşları ölkəni kütləvi şəkildə tərk edirlər. Bununda əsas səbəbi ölkədə işsizlik, haqqsızlıq baş almasıdır. Ölkə avtoritarizm üslubu ilə müəyyən fərdlərin iradəsi ilə idarə olunur. Ona görədə ölkədə bütün sahələr monopolislərin nəzarətindədir. İşsizlər açıq bazar iqtisadiyyatı üslubundanda yararlana bilmirlər. Buna əsas səbəb yuxarıda qeyd etdiyim kimi ölkə qanunlarla deyil, fərdlərlə idarə olunmasını göstərmək olar. Digər tərəfdən isə ölkədə olan haqqsızlıq insanları ölkəni tərk etməyə vadar edir. Sərt beynəlxalq təpkiyə, daxili ictimai narazılığa baxmayaraq, Əliyev rejimi repressiyalardan əl çəkmir.

Çox təəssüflə qeyd edim ki, 1994-cü ildən bəri ədalətin qapısı sayılan məhkəmə sistemi hakimiyyətin əlində cəza alətinə çevrilib. Işin içərisində heç bir dəlil, sübut olmadığı, şahid ifadələrinin ziddiyyət təşkil etdiyi bir halda məhkəmələr ittihamedici hökmlər çıxarırlar. Bu isə ölkəni beynəlxalq aləmin biabır edən bir haldır.