14555776_1803760686566385_163471866_nMənim xalqım! Dəvədən böyük olan fil… Renad Əliyevə azadlıq!

Hər zaman „dəvədən böyük fil var“ demişik. Fili qorxu bilməz, hürkü tamımaz, haqqı nahaqqa verməz, zalımın qarşısında, məzlumun arxasında olan olan biri kimi təsəvvür etmişik. Filə güvənmişik. Indi, nədənsə, xalqımızın təsəvvüründə sürə gələn bu düzən pozulmuş. Güvəndiyimiz dağlara qar yağmış. Güvəndiyimiz o fillər ya ölmüş, ya da palaza bürünüb bizim iqtidarla sürünmüşlər. Olmuşlar fırıldaqçı, şərəfsiz! Dəvə də onlardı, fil də. Əllərinin üstündə əl yoxdur. Özləri doğub özləri göbəyini kəsirlər. Işinə gələnə mükafat verir, işinə gəlməyənə cəza. Hələ bir az da irəli gedib, maşınına narkotik qoyub 12 il həbs cəzası verməyə çalışırlar. Amma unutmayın, bildirçinin bəyliyi darı sovrulana qədərdir. Ölkənin təbii sərvətləri bitdi. Xalqın bütün pulları ofşor hesablarında. Bu düzən belə davam etməz. Tunelin sonunda işıq görünür. Ondan sonra başınızı kimin qucağına qoyacaqsınız? Xalqa çəkdiyiniz bu dağın cavabını necə verəcəksiniz?

Firudin Dugi