14718608_1816878301921290_134213882766060918_nDas Kind mit dem Bade gut ausschutten. Almanların orta əsrlərdən qalma bir deyimi var: uşağı yaxşıca yaxalayın. Orta əsrlər Almaniyasında evlərdə hamam yox idi, yuyunma otaqlarında bir taxta çəllək olardı. Onu isti su ilə doldurduqdan sonra birinci baba, sonra nənə, ata, ana, daha sonra böyükdən kiçiyə doğru həmin kirli suda uşaqlar çimərmişlər. Bu adətdən də belə bir deyim yaranmış. Birisi səhv bir iş görəndə „uşağı yaxşıca yaxala“ deyərlər. Indi bu Azərbaycan iqtidarının Avropa uşaqları da orda rejimin süfrəsinin artıqlarını yeyib, çirkli suyunda cimib, yaxalanmamış adamlarıdılar. Burda aydan arı, sudan duru görünməyə çalışırlar. Maskalanıb müxalifət oynu oynayırlar. Bəziləri hətta o qədər həyasızlaşmış ki, həqiqi müxalifəti məhkəmə ilə hədələyir.