"Reytinq" qəzetinin saytında    hakerlər tərəfindən Fikrət Fərəməzoğlunun ailəsinə  təxribat törədilibXeberman.com-un verdiy məlumata görə , «Reytinq» qəzetinin saytına (reytinqinfo.az) hakerlər tərəfindən təxribat törədilib. Hakerlər, hazırda həbsdə olan jam.az saytının baş redaktoru Fikrət Fərəməzoğlunun ailəsi ilə bağlı adəçəkilən sayta təhqiramiz yazı yerləşdiriblər.

Bu barədə mia.az-a açıqlama verən «Reytinq» qəzetinin baş redaktoru Afiq Mirzəbəyli deyib ki, həmin təxribatçı yazı səhər saatlarında başqaları tərəfindən sayta yerləşdirilib və facebookda paylaşılıb.

A.Mirzəbəyli onu da əlavə edib, yazı dərhal saytdan silinib. Onun sözlərinə görə, texniki əməkdaşlar bu yazının sayta hansı yolla yerləşdirildiyini araşdırırlar.