14908263_1823254941283626_2921295500085897956_nSiyasi məhbuslar arasında elə şəxslər var ki, ictimaiyyət onları hələ də tam, yaxşı tanımır. Azərbaycanın məşhur idmançısı, karatenin Şotokan və Vaderu növləri üzrə ikiqat Avropa Çempionu, beynəlxalq dərəcəli hakim, Ümumdünya Şotokan Karate Federasiyasının Azərbaycandakı nümayəndəsi Renad Əliyev 18 Oktyabr 2016 tarixində həbs olunub. I Avropa Oyunlarında karate üzrə yarışları idarə etmiş hakimlərdən biri Renad Əliyevə satış məqsədilə narkotik maddələri saxlamaq kimi saxta ittiham irəli sürülmüşdü. Çox gülməli və ucuz gedişdir. Bunun siysi bir sifariş olduğunu açıq-aydındır. Çünki Renad Əliyev kimi məhşur bir idmançının “Narkotika Satıcısı” kimi primitiv ittiham ilə günahlandırılması absurddur . Idmancinin əllərini qandallayıb, cibinə narkotik qoyublar.Nəzərinizə çatdıraq ki, Renad Əliyev Avropa Azərbaycanlıları Milli Birlik Şurası sədrinin müavini və təşkilatın Almaniya nümayəndəliyinin rəhbəri Riyad Əliyevin kiçik qardaşıdır. Riyad Əliyev Almaniyaya mühacirət etdiyi vaxtdan qisa zaman sonra qurmuş oldugu AZƏREUROTİMES internet saytı vasitəsi ilə Əliyev ailəsi başda olmaqla bütün iktidar mənsublarına qarşı sərt yazılar yayınlayırdı. Bu səbəbdən adı keçən sayt dəfələrlə Əliyev rejimi tərəfindən müxtəlif yollarla əngəllənsə də, Riyad Əliyev böyük əzmlə saytın fəaliyyətini bu günə qədər davam etdirir. Bundan bir neçə ay əvvəl də Əliyev rejimi Riyad Əliyevin fəaliyətini əngəlləmək üçün onun Azərbaycandakı ailə mənsublarına böyük təzyiqlər edib Riyad Əliyevdən imtina bəyanatı yayınlamalarına da nail olmuşdular. Onu da qeyd edək ki, Təfəkkür Unversitetinin Kiev Filialının keçmiş rektoru Riyad Əliyev mühacirət həyatından öncə Azərbaycanda Təfəkkür Unversitetinə qoyduğu bütün sərmayə iqtidar mənsubları tərəfindən qəsb edilmiş, uzun illər saxta ittihamlarla həbsdə girov olaraq saxlanılmışdı. Bütün bunlar onu göstərir ki, Renad Əlievə qarşı irəli sürülən ittiham tamami ilə uydurmadır. Renad Əliyevin həbsi Riyad Əliyevin iktidar tərəfindən cəzalandırılmasının davami kimi dəyərləndirilməlidir.Gəlin, siyasi məhbusları unutmayaq. Şad və dar günlərində onların yanlarında olduğumuzu bir daha bildirək.Sizin timsalınızda bütün siyasi girovlara və siyasi məhbuslara Azadlıq arzulayıram! Azadlıq sizin haqqınızdır!