14900349_1820358378239949_4891128302065674631_nÖlkəmizin valyuta mənbəyi əsasən və demək olar ki,bu günəcən, ölkəmizin xarici bazarlara çıxara bildiyi yeraltı sərvətimiz olan neft,azacıq miqdarda olsa da, yanarqazdır.Bu ölkənin hər bir vətəndaşının olan,amma satılanda ancaq bu ölkənin başındakı kəsin yararlandığı milli sərvətimiz! O kəs də bu dediyim məhsullardan əldə etdiyi qazancın müəyyən qədərini Mərkəzi Bankımıza və Mehriban xanımın yönətdiyi Fonda yatırdır. Cüzi valyuta vəsaitləri də xarici səhmdarların ölkəmizdə ortaq olduqları banklara yatırılır.Bir azacıq ticarətlə məşğul olanlar da valyutalarını banklara yerləşdirirlər. Bəs xarici valyutanın,əsasən dolların, alıcıları kimlərdir? Sadə vətəndaşlar xarici valyutanı çox cüzi miqdarda alır,çünki əksəri ölkədəki banklardan götürdüyü krediti ödəməklə çabalaşmaqdadır, qalanları da ya xaricdə müalicə olunmaq,ya xarici ölkələrdə təhsil alan övladlarına pul göndərmək,ya xaricdən nəysə alıb ölkəmizə gətirib satmaq üçün borc-xərc eləyib manatı xarici valyutaya çevirənlərdir.Xarici valyutanın əsas alıcıları ölkə əhalisini dilənçi kökünə qoyanlardır! Bu dövlətin başındakı kəs və onun saxta referendumdan sonra da vəzifədən çıxarmağa cəsarət eləmədiyi kəslərdir!

Merdane Huseynli