14632865_1821400468135740_4222299720433440425_nKor atı minib köndələn çapanlar.

Renad Eliyeve azadlıq!!!

Bu Azərbaycan iqtidarı at oğrusu kimi bir şeydir. Kimdə bahalı nə varsa, ona gözü düşür. Ondan sonra bu bahalı şeyi ələ keçirtmək üçün planlar qurur. Belə qurbanlardan biri də Riyad Əliyev. Təfəkür universitetinidəki payı əlindən almaq üçün onu şərləyib tutdurdular. 2 illik həbsdən çıxan Riyad Əliyev Almaniyaya mühacirət etdi və durmadan itirdiyi, qəsb olunmuş haqqları uğrunda mübarizə aparmağa başladı. O qurduğu saytlar üzərindən iqtidarın bütün kirli camaşırlarını ortaya sərməye başladı. Necə deyərlər açdı, sandığı, tökdü pambığı.
Əlbətte, bu başda oturanlara xoş gəlmədi. Onlar Riyad Əliyevle anlaşmaq əvəzinə ona təziq göstərmək, onun gözünü qorxudmaq, onun səsini kesmek üçün qardaşı Renadı saxta ittihamla hebs etdilər. Onlar başa düşmürlər ki, ocağa su əvəzinə, benzin töküblər. Indən sonra Riyad Əliyevi heç kim susdura bilməz. Buna deyirlər, kor atı minib köndələn çapanlar.

Yegana Rzayeva