''Qardaşımın həbsi iqtidar tərəfindən cəzalandırılmağımın davamidır'' - KEÇMİŞ REKTOR

»Təfəkkür» universitetinin keçmiş filial rektoru Riyad Əliyev qardaşının həbsi ilə siyasi sifariş hesab edir. O, Criminal.az saytına göndərdiyi məktubda qeyd edir ki, qardaşı Renad Əliyev Azərbaycanın məşhur idmançısıdır. Onun sözlərinə görə, karatenin Şotokan və Vaderu növləri üzrə ikiqat Avropa Çempionu, beynəlxalq dərəcəli hakim, Ümumdünya Şotokan Karate Federasiyasının Azərbaycandakı nümayəndəsi olan Renad Əliyev 18 Oktyabr 2016 tarixində həbs olunub.

Buna da bax: Məhkəmə sədrinə qarşı 60 min manatlıq rüşvət İDDİASI

»Siyasi məhbuslar arasında elə şəxslər var ki, ictimaiyyət onları hələ də tam, yaxşı tanımır. I Avropa Oyunlarında karate üzrə yarışları idarə etmiş hakimlərdən biri Renad Əliyevə satış məqsədilə narkotik maddələri saxlamaq kimi saxta ittiham irəli sürülmüşdü. Çox gülməli və ucuz gedişdir. Bunun siyasi bir sifariş olduğunu açıq-aydındır. Çünki Renad Əliyev kimi məhşur bir idmançının “Narkotika Satıcısı” kimi primitiv ittiham ilə günahlandırılması absurddur. İdmancinin əllərini qandallayıb, cibinə narkotik qoyublar. Mən Avropa Azərbaycanlıları Milli Birlik Şurası sədrinin müavini və təşkilatın Almaniya nümayəndəliyinin rəhbəriyəm. Renad mənim kiçik qardaşımdır»-deyə R.Əliyev qeyd edib.

Buna da bax: Azərbaycanda məhşur idmançı həbs olundu — FOTO

Keçmiş rektorun məktubundan qeyd olunub ki, Almaniyaya mühacirət etdiyi vaxtdan rejim fəaliyətini əngəlləmək üçün onun Azərbaycandakı ailə mənsublarına böyük təzyiqlər edib, Riyad Əliyevdən imtina bəyanatı yayınlamalarına da nail olublar: »Mühacirət həyatımdan öncə Azərbaycanda Təfəkkür Unversitetinə qoyduğum bütün sərmayə iqtidar mənsubları tərəfindən qəsb edilmiş, uzun illər saxta ittihamlarla həbsdə girov olaraq saxlanılmışdı. Bütün bunlar onu göstərir ki, Renad Əlievə qarşı irəli sürülən ittiham tamami ilə uydurmadır. Renad Əliyevin həbsi mənim iqtidar tərəfindən cəzalandırılmağımın  davami kimi dəyərləndirilməlidir».

Buna da bax: Almaniyada tutulan rektor Təfəkkül Universitetinin rəhbərliyi ilə bağlı şok VİDEO yaydı — GİZLİ ÇƏKİLİŞ

Xatırlatmaq ki, Riyad Əliyevin uzun müddətdir münaqişədə olduğu “Təfəkkür” Universitetinin rektoru Müşfiq Atakişiyev dünən vəzifəsindən azad olunub. Professor Müşfiq Atakişiyev universitetdə keçirilən tədbirdə öz xahişi ilə rektor vəzifəsindən azad olunduğunu kollektivə çatdırıb. O bildirib ki, səhhəti ilə əlaqədar işdən azad olunmağı üçün universitetin təsisçisinə müraciət edib və xahişi rəhbərlik tərəfindən nəzərə alınıb. M.Atakişiyevin vəzifəsindən uzaqlaşmasının Riyad Əliyevin qardaşının həbsi ilə əlaqəsinin olub-olmadığı maraq doğurur. 

Criminal.az