14732154_1819731948302592_7918390037416937927_nÇox yaxşı demişlər, armudun yaxşısını meşədə çaqqal yeyərmiş. Bəs görəsən bütövlükdə götürəndə Azərbaycan bir meşə olsa, bu meşədəki armudlar hansılardır? Bütün ticarət və iaşə obyektləri, bütün məmur postları, bütün dövlət obyektləri, nazirliklər – hamısı bu mèşənin armudlarıdır. Bunu yeyən çaqqalların da hamısı məlumdur. Əslinə baxsan, xalq təbabətindən də bilirik ki, armudu çox yeyəndə adamı partlamaya salır. Amma nədənsə, bu çaqqallar partlamaya düşmürlər. Əksinə hələ yeni armud eşqinə düşmüşlər. Daha böyük bir çaqqal 30-40 milyon qazanmaq üçün dişlərini qıcamış, sayısal yayına keçirik adı ilə hər evə bir dekoder satmağa çalışırlar. Görəsən bunlarda vicdan deyilən şey yoxdurmu? Mən nə qoyub nə axtarıram? Iki dəfə Avropa çempionu Renad Əliyevi şərləyib həps edən çaqqallarda vicdan nə gəzir?

Yegana Rzayeva