14937418_1825795217696265_2142267162359106059_n.jpgÖzümdən 5-6 yaş böyüklərlə (mən 1977-ci il) ölkədəki vəziyyəti müzakirə etdikdə,mənə biz müstəqil Azərbaycan uğrunda gecə-gündüz,qar-yağış demədən,Azadlıq meydanında İmperiyaya qarşı səslərini ucaldıb,AZADLIQ istəyib və onu aldıqlarını deyirlər.Bu gün Azərbaycan müstəqil Respublikadırsa,bunu 40,50,60,70-72-ci illərin nəsillərinə borcludur. Bəs biz(1972-1998) neynədik,neynəyirik? Nə zaman silkələnib,ayılacıq? Nə zamana kimi gəncliyin bu rejim tərəfindən məhfə doğru sürüklənməsinə seyirci qalacıq? Qiyas kimi,Bayram kimi və onların timsalında neçə-neçə gənclərin şərlənib tutulmasına nə zamana kimi göz yumacıq? Qardaşı Facebookda sərt yazılar yazıb,rejimin iç üzünü açıb-tökür deyə,Azərbaycanın fəxri,məşhur idmançı,Beynəlxalq dərəcəli hakim Renad Aliyev kimi gənclərin şərlənib tutulmasına nə zamana kimi göz yumacıq? Sıranın bizə gəlməsinimi gözləyəcik?AYIL, EY AZERBAYCAN GENCLİYİ.

Hikmat Huseynov

14915289_1825212877754499_3817048688588067324_n