• 14915300_1825795494362904_8860730514633425446_nBu ölkə yavaş-yavaş Absurdistandan da o tərəfə gedir.Zarafata salmayın, bu Ilhamla, Mexriban asqa planetden gelenlerdi, xalqdan xeberleri yohdur. Bunlarin həyasızlığının və fırıldağının həddi-hüdudu yoxdur. Qazın qiymətin qaldlırmaq istəyirlər, bizim qiymətləri Almaniyadakı, Yaponiyadakı qiymətlərlə müqayisə edirlər. Ay fırıldaqlar! Yaponiya, Almaniyanı qoyun qırağa, müəllim, həkimimiz nəinki onların müəllim, həkimindən hətta Gürcüstandakılardan da az maaş alır. Əvvəl bunu müqayisə elə!İndi də bir beynəlxalq təşkilat ölkələrin sosial tərəqqi reytinqini hazırlayıb. Tibb, təhsil, qida, təhlükəsizlik, informasiyaya çıxış, ətraf mühit və sairə kimi meyarlar əsas götürülüb. Sosial tərəqqiyə görə ilk üç yerdə Finlandiya, Kanada və Danimarka gəlir. Gürcüstan 54, Ermənistan 67, Azərbaycan 77-ci yerdədir.Ölkəmizin sosial-iqtisadi inkişafına dair: Ölkədə su və işıqdan tutmuş hər şeyin qiyməti qalxıb; maaşlar, təqaüdlər, stipendiyalar gecikdirilir; iqtisadiyyat 4 faiz kiçilib; manat iki dəfə devalvasiya edib; banklar bağlanır, əhali əmanətlərini geri almaqda, kreditini qaytarmaqda problemlər yaşayır; Bizneslər gəlir olmadığına və vergi orqanlarının əsassız basqısına görə çökür; insanlar iş yerlərini itirir; soyuqlar düşüb, evlərə normal qaz verilməsində problemlər yaşanır; hökumətimiz beynəlxalq maliyyə qurumlarından kredit axtarışındadır; Binəqədi rayonunda bir həftə əvvəl yağmış yağışın sularından əmələ gələn göllər hələ də təmizlənməyib; mədəniyyət, tibb işçiləri, müəllimlər icbarı pambıq yığımına göndərilir; Keniya qəzetləri ölkələrinin adının korrupsiya siyahısında Azərbaycanla yanaşı çəkilməsini özlərinə ayıb sayırlar; Rumıniyada vaksinlərin Azərbaycanda istehsal olunması haqqında şaiə yayılmasından sonra valideynlər uşaqlarına peyvənd vurdurmaqdan imtina ediblər; Rövnəq Abdullayev 1 milyard kubmetr qaz itkisini camaatın qazı pəncərədən bayıra buraxması ilə izah edib;Bu ikisini baglayasan bu raketa, buraxasan göyə, ucunee burdan.