14900349_1820358378239949_4891128302065674631_nDövlətin rəhbəri xalqa deyil,şəxsi maraqlarına xidmət edəndə vətəndaş bir tikə çörəyin köləsinə çevrilər. Bu hakimiyyətin reforma keçirmək,islahatlar aparmaq,anti-böhran tədbirləri görmək istəyi yoxdur.Bütün dünyanın müdrikləri yığılsa da,onu fikrindən döndərə bilməz.Sirkdə,yəqin ki görmüsünüz,banan göstərib meymunu oynadırlar.Azərbaycanın mövcud hakimiyyəti də bax eləcə islahat zurnası ilə ölkə əhalisini,ən çox da özünü siyasətçi sayanları meymun kimi oynadır. Bəlkə də yanılıram,amma mənə belə gəlir ki,dünyanın bütün nemət və sərvətlərini Azərbaycan dövlətinin başında duran şəxsə versələr yenə də gözü doymaz. Bazara,mağazaya gedib şəxsi və digər tələbatımızı ödəmək üçün ərzaq məhsulları,geyimlər və s. alırıq. Maddi imkanımız daxilində! Əgər pulumuz olmasa,heç nə ala bilmərik,bəlkə ancaq tanış mağaza sahibi nəyisə borc müqabilində verər.. Dollar da bir əmtəədir,çünki onu almağa tələbat var: kimi xarici dövlətdə yaşayan və ya təhsil alan övladına pul göndərmək istəyir (bu zaman dollar sərfəlidir deyə), kimi xarici ölkədə müalicə almaq və ya əməliyyat olunmaq istəyir,kimlərsə xaricdən məhsullar alıb gətirmək fikrindədir… Bu qisim alıcılar ümumilikdə dollar alanların miqdar nisbətində çox cüzi hissəsini təşkil edir. Dolların əsas alıcıları vəzifəli,imkanlı kəslər,banklardır! Dolların əsas alıcıları xaricdə özünə mal-mülk, daşınmaz əmlak alanlar,onu xarici banklarda yatıranlar, ölkə daxilində özünə kapital yığanlar,banklarla əlbir olanlardır! Sadəcə olaraq bankların aldığı və əhalinin adi alıcı vətəndaş qisminə satdığı dolların miqdarına göz yetirmək kifayətdir. Dolların bahalaşmasının qarşısını almaq dövləti yönətənlərin borcu,vəzifəsidir! Əgər dövləti yönətənlər bunu etmirsə,demək ki, bu kəslər dolların bahalaşmasında maraqlıdır! Dolların satışına da dövlət nəzarəti olmalıdır! Bu da yoxdursa,demək ki,dövləti yönətənlər dolların bahalaşmasında maraqlıdır! Vətəndaşın xarici dövlətdə yaşayan və ya təhsil alan övladına göndərəcəyi ən çox 500-1000 ABD dolları olar,buna bir dəfə yol vermək olar,sonrakı göndərmələr yalnız hər ayda 200-300 ABD dolları məbləğində olmalıdır. Xaricə gedən vətəndaşların da yol üçün 500-1000 ABD dollarını nağd götürməsi yol veriləndir. Qalan bütün hallarda banklar vasitəsilə köçürmə əməliyyatı olmalıdır! Xaricdə müalicə olunan şəxs o xarici dövlətin hansı tibb müəssisəsində müalicə olunarsa, o müəssisənin hesab nömrəsinə pul köçürülür. Eləcə də xaricdən mal-məhsul alan da nağdsız hesablaşma ilə istədiyi şeyləri alıb gətirir. Azərbaycanda dolların gündən günə bahalaşmasının qarşısını almaq üçün büdcədən oğurlanan milyardların heç olmasa 1%-i büdcəyə qaytarılmalıdır. Prezdent məmurlardan bu pulu tələb etməkdən çəkinirsə ilk öncə özündən başlasın. Ya da dollara nisbətən manatın tarazlığını saxlaya bilsin deyə, manatı dollar eskinaslarıyla dəyişsin. Dollar dəyərində yeni manat buraxılsın.Manatın dəyərini başqa cür yüksəldə bilmirsə,yeni manata keçsin. Manat yerdə sürünür onsuz da. Keçən ilin sonunda yazmışdım ki,”əgər dövlət başçısı böhranı aradan qaldırmaq üçün təcili,təxirəsalınmaz tədbirlər görməsə,Azərbaycan manatı öz dəyərini yenə də itirəcək,həm də Mərkəzi Bank manatın devalvasiyasını,yəni 1 ABD dollarına nisbətdə manatın dəyərinin rəsmən aşağı düşdüyünü rəsmən bildirərsə,onda ölkə əhalisinin vəziyyəti çox acınacaqlı olacaq,həyat,yaşayışı isə həddən artıq ağırlaşacaq. Böhrandan çıxmaq üçün bu uzun illər ərzində dövlət başçısının (onun ailə üzvlərinin,yaxınlarının), nazirlərin,icra başçılarının,digər vəzifəli şəxslərin öz vəzifələrindən sui-istifadə edərək xalqdan oğurladıqları 100 milyardlarla pulun cüzi bir hissəsini dövlətin büdcəsinə qaytarmaq kifayətdir!”

Merdane Huseynli