Həsrət məni qovurğa kimi qovurduqca cızdağım çıxır. Azərbaycanda yaşayan bacıma telefon eləyirəm: Uşaqlar üçün çox darıxmışam, — deyirəm. Bacım uşaqlarına qızmış, çox əsəbidir: Ağli olan ərə gedər? Uşaq doğub özünü zülmə salar? Ömrünü bunlara hədər elə, onlar da sözə baxmasınlar! Yaxşısını sən elədin. Darıxıb eləmə! Öz həyatını yaşa! Bacıma telefon elədiyimə peşiman oluram, amma həsrət məni yeyib bitirir. Bir xeyli vaxtdan sonra bacımdan telefon gəlir: — Doğrudan, mən səni bir də görə bilməyəcəyəm? Sən bir də Vətənə dönə bilməyəcəksən? Mənim ürəyim partlayır sənsiz. Hıcqırıq məni tutur. Bacım duymasın deyə, telefonu qapıyıram. Gözüm FB -da Renad Əliyevin şərlənib həbs olunmasına sataşır. „BELƏ IQTIDARA ALLAH LƏNƏT ELƏSIN!“