14670726_1815667125375741_5025991244193658814_nİlham Əliyev sizin arxanızda dayanıbsa, bilin ki, bizim də arxamızda Allah dayanıb.Polislərin arxasında İlham Əliyev dayanıbsa, demeli bir nomre şerefsiz odur.Azərbaycanın məşhur idmançısı Renad Əliyev 18 Oktyabr 2016 tarixində həbs olunub. I Avropa Oyunlarında karate üzrə yarışları idarə etmiş hakimlərdən biri, karatenin Şotokan və Vaderu növləri üzrə ikiqat Avropa Çempionu, beynəlxalq dərəcəli hakim, Ümumdünya Şotokan Karate Federasiyasının Azərbaycandakı nümayəndəsi Renad Əliyev satış məqsədilə narkotik maddələri saxlamaq kimi saxta ittiham ilə bu günlərdə saxlanılıb. Nəzərinizə çatdıraq ki, Renad Əliyev Avropa Azərbaycanlıları Milli Birlik Şurası sədrinin müavini və təşkilatın Almaniya nümayəndəliyinin rəhbəri Riyad Əliyevin kiçik qardaşıdır. Riyad Əliyev Almaniyaya mühacirət etdiyi vaxtdan qisa zaman sonra qurmuş oldugu AZƏREUROTİMES internet saytı vasitəsi ilə Əliyev ailəsi başda olmaqla bütün iktidar mənsublarına qarşı sərt yazılar yayınlayırdı. Bu səbəbdən adı keçən sayt dəfələrlə Əliyev rejimi tərəfindən müxtəlif yollarla əngəllənsə də, Riyad Əliyev böyük əzmlə saytın fəaliyyətini bu günə qədər davam etdirir. Renad Əliyev kimi məhşur bir idmançının “Narkotika Satıcısı” kimi primitiv ittiham ilə günahlandırılması absurddur. Bundan bir neçə ay əvvəl də Əliyev rejimi Riyad Əliyevə təzyiq göstərmək üçün onun Azərbaycandakı ailə mənsublarına böyük təzyiqlər edirdilər. Onlar Riyad Əliyevin ailəsinə təzyiqlər edərək hətta onların Riyad Əliyevdən imtina bəyanatı yayınlamalarına da nail olmuşdular. Təfəkkür Unversitetinin Kiev Filialının keçmiş rektoru Riyad Əliyev mühacirət həyatından öncə Azərbaycanda Təfəkkür Unversitetinə qoyduğu bütün sərmayə iqtidar mənsubları tərəfindən qəsb edilmiş, uzun illər saxta ittihamlarla həbsdə girov olaraq saxlanılmışdı. Bütün bunlar onu göstərir ki, Renad Əlievə qarşı irəli sürülən ittiham tamami ilə uydurmadır. Renad Əliyevin həbsi Riyad Əliyevin iktidar tərəfindən cəzalandırılmasının davami kimi dəyərləndirilməlidir.