14641906_1808731972735923_2895074039858114188_nManat bir az da ucuzlaşdı.Xalqı “qara günlər” gözləyir11.11.2016-cı il tarixinə USD/AZN rəsmi məzənnəsi 1,6869 manat səviyyəsində müəyyən olunub.Bu barədə Mərkəzi Bankdan bildirilib.Noyabrın 10-da USD/AZN rəsmi məzənnəsi 1,6782 manat səviyyəsində olub.

2016-cı ilin büdcəsində vergi yığımları ilə bağlı ciddi problem yaşanır. Gömrükdən daxil olmalarda prqonozlaşdırma artıq oktyabr ayında yerinə yetirilsə də vergilər hələ də yerində sayır. Bu da səbəbsiz deyil. Bu barədə bir qədər sonra.

“Aidiyyəti strukturları tərəfindən qanunsuz sahibkarlıq və mütəşəkkil qaydada vergidən yayınma halları ilə mübarizə qənaətbəxş səviyyədə deyil”.Amma maraqlıdır ki, bu il qarşılarına qoyulan məqsədlə bacara bilməyən vergi orqanları gələn il bu vəzifəni necə icra edəcək. Onu da nəzərə almaq lazımdır ki, gələn il üşün həm vergilərin, həm də gömrüyün proqnozları artırılıb. Amma ölkədəki əlverişsiz investisiya mühütinə görə ölkəni ötən müddət ərzində xeyli xarici şirkət tərk edib. Bundan başqa borca görə xeyli sayda sahibkarın hərəkətinə məhdudiyyət qoyulub. Belə vəziyyətdə isə vergi öhdəliyinin necə yerinə yetiuriləcəyi maraq doğurur.
2017-ci il dövlət büdcəsinin gəlirləri 15,955 milyard manat, xərcləri 16,6 milyard manat (o cümlədən  mərkəzləşdirilmiş gəlirləri 15 milyard 312 milyon 619 min manat, yerli gəlirləri 642,381 milyon manat, mərkəzləşdirilmiş xərcləri 15 milyardl 881,730 milyon manat, yerli xərcləri 718,270 milyon manat) məbləğində təsdiq edilməsi proqnozlaşdırılır.
Maliyyə Nazirliyinin məlumatına görə, 2017-ci ildə dövlət büdcəsinin 645 milyon manatlıq kəsirlə icra olunması nəzərdə tutulub. Dövlət büdcəsi kəsirinin maliyyələşdirilməsi özəlləşdirmədən, daxili və xarici borclanmadan daxil olmalar, xarici qrantlardan daxilolmalar və 2017-ci ilin 1 yanvar tarixinə dövlət büdcəsinin vahid xəzinə hesabının qalığı hesabına həyata keçiriləcək.
2017-ci ildə dövlət büdcəsi gəlirləri üzrə proqnozun 7,21 milyard manatı Vergilər Nazirliyinin xətti ilə daxilolmaların, 6,1 milyard manatı ARDNF-dan transfertlərin, 2,2 milyard manatı Dövlət Gömrük Komitəsinin xətti ilə daxilolmaların, 445 milyon manatı isə digər gəlirlərin payına düşəcək.“Vergilər Nazirliyinin son dövrlər vergi ödəyicilərinin üzərinə yeriməsi onlara qarşı təzyiq mexanizmlərini işə salması yanlışdır. Vergi orqanları reallığı düzgün qiymətləndirməlidirlər. Vergilər Nazirliyi sahibkarların üzərinə yeriyərək onların sahibkarlıqlarına son qoymasına səbəbkar olmamalıdırlar. Yaxşılığa doğru tendensiyalar müşahidə olumursa, növbəti ildə də vəziyyətin daha da ağır olacağını söyləmək olar”.