15036303_1828027697473017_6946021999790539491_nÖtən oktyabr ayının 17 və 18-də 1 ABŞ dolları 1.5969 manat səviyəsinədək düşmüşdü. Ötən 25 gün ərzində Dollar 0.09 manat və ya 5,6% bahalaşaraq bu gün 1.6869 manata qalxıb. Artıq bir çoxları dolların belə bir sürətlə qalxmasından narahatlıq keçirir.

“Marja”nın məlumatına görə, əgər, Mərkəzi Bankın müdaxiləsi olmasa və Dolların bahalaşması son 25 gündəki sürətlə davam edərsə, ilin sonunda 1 dollar 1.87-1.88 aralığındakı səviyyələrədək çıxa bilər. Dolların bahalaşmasının sürəti bir az aşağı olarsa belə, 1 dollar 1,8 manat səviyyəsinin üzərinə qalxa bilər. Bu ssenarilər reallaşarsa banklar 1 dolları 1 manat 90 qəpikdən baha satacaqlar.Dollar ilin sonuna 3 manat olacaq.

Əgər Mərkəzi Bank və Neft Fondu birlikdə valyuta hərracında böyük məbləğdə valyuta satarlarsa Dolların bahalaşması səngiyə və ya düşə bilər.

Məsələ burasındadır ki, Mərkəzi Bank ehtiyatlarını maksimum qoruyub saxlamaq istəyir. 31.10.2016-cı il tarixinə Mərkəzi Bankın valyuta ehtiyatları 4 milyard 5,5 milyon dollar təşkil edib.

Dövlət Neft Fondu isə bildirib ki, Fond manata ehtiyacı olduqca dollar sata bilər.

Dolların məzənnəsinin qalxması Mərkəzi Banka və Neft Fonduna ehtiyatlarını az da olsa qorumağa kömək edir. Məzənnə yüksəldikcə, tələb olunan manat vəsaiti üçün Daha az dollar satılır.

Dollar satışı dayandırıldı

Bu gün dollar satmayan bankların sırasına daha 2-si əlavə olunub. Fins.az xəbər verir ki, “Bank of Baku” və “Bank Respublika” ABŞ valyutasının satışını dayandırıb.

Qeyd edək ki, bu günədək “Bank Respublika” dolları müəyyən limitlə satırdı. Dünən isə limiti tamamilə azaldaraq 100 dollar məbləğimdə müəyyən etmişdi. “Bank of Baku” isə son günlər valyuta satışını limitsiz həyata keçirirdi.

Lakin bu gündən satışı dayandırıb. Bankdan bildiriblər ki, əgər kassada dollar alınsa həmin həcmdə də satış olacaq. Xatırladaq ki, dünən Pakistan Milli Bankının Bakı filialı və Azərbaycan Sənaye Bankı valyuta satışını dayandırıb. Bundan öncə isə “Kapital Bank”, “VTB Bank” və “Paşabank” dollar satmaqdan imtina edib. Beləliklə, bu gün ABŞ valyutasını satmayan bankların sayı 10-a çatıb.

Dollar satmayan banklar bunlardır “Bank of Baku”, “Bank Respublika”, Pakistan Milli Bankının Bakı filialı, Azərbaycan Sənaye Bankı, Azər-Türk Bank, Ziraat Bank, “Naxçıvanbank”, “Kapital Bank”, “VTB Bank”, “Paşabank”.

Trampın müşaviri: “FED dekabrda uçot dərəcəsini artıracaq”

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın iqtisadi müşaviri Devid Malpas Federal Ehtiyatlar Sisteminin (Federal Reserve System, FED) fəaliyyətini ciddi tənqid edib.

ABŞ-ın CNBC telekanalına müsahibəsində D. Malpas qeyd edib ki, FED-in fəaliyyətinin nəticələri qənaətbəxş deyil. Bununla yanaşı, müşavir qeyd edib ki, tənzimləyici müstəqil siyasət yürüdür. “FED müstəqildir. Lakin problem ondadır ki, tənzimləyicinin nəticələri qənaətbəxş deyil. Bizim iqtisadi artım templərimiz olduqca aşağıdır. Məsələnin dərinliyinə baxmalı və onların nəyi düz etmədiyini anlamalıyıq”, – deyə o izah edib.

O bildirib ki, FED dekabrda keçiriləcək iclasda uçot dərəcəsini artıracaq: “FED dekabrda keçiriləcək iclasda statistik məlumatlara əsaslanacaq. ABŞ-da iqtisadi artım tempinin sürətlənməsinin bütün əlamətləri var”.

Müşavir qeyd edib ki, FED ABŞ-da iqtisadi artım tempinin ləngiməsinə səbəb olan qurumlardan biridir.

D. Malpasın sözlərinə görə, D. Tramp prezidentliyi dövründə kiçik biznesdə məşğulluğun artmasına fokuslanacaq: “Buna tənzimləmənin artırılması və vergilərin azaldılması hesabına nail olmaq olar”.