15032104_1828034617472325_7363820589203826598_nBütün qohum-əqrəbəm deyir qurtar bu mübarizəni, onsuzda boş şeydi, bunlar kök salıblar, gedəsi deyillər… Deyirlər: daha sənə nə lazımdır, oturumun var, evin var, maşının var, gözəl ölkədə yaşayırsan. Başını sal, yaşada özün üçün, başına oyun açırsan, camaatın dərdi sənə qalıb?!

Bunu mənə deyənlər anlamır ki, bu hakimiyyət elə bizim başımızı aşağı saldığımız üçün bizi minib!

Yuxarıda qeyd etdiyim, mənə bu cür ağıl verən qohumlarıma səslənirəm: Haqqınızı, hüquqnuzu, ümidinizi, varınızı yoxunuzu əlinizdən alan, ölkəmizi mənimsəyən bu rejim geci-tezi getməlidir…

Biz bir millət, xalq və ölkə olaraq öz kreslolarını saxlamaq üçün bütün şərəfsizliyə əl ata biləcək cinayətkar hakimiyyətin girovuyuq. Bizlər bir olub, bunlara yox deməyənə kimi bunlar öz şərəfsizliklərini davam edəcəklər. Bu hakimiyyət ölkəni elə idarə edirlər ki, mümkün deyil ki, sadə vətəndaş bunların haqqsızlığına (teroruna) rast gəlməsin. Ona görədə nə qədər ki, həmin haqqsızlıq sizin qapınızı döyməyib, birləşəyin, bu kriminal terorçu rejimin getməsinə nail olağın…

Gördüyünüz kimi artıq nəinki yerli, hətta xarici KİV-lər Azərbaycanın cinayətkar rejiminin korrupsiya faktlarından, xalqın cibindən oğurlanmış milyardlardan, Ofşor zonalarından, Panama papers milyardlarından, qeyri-qanuni tikintilərdən, insan ölümlərindən, adam oğurluqlarından və rejimin çoxsaylı digər cinayətlərdən yazır.

Cinayətkar rejim isə son illərdə ancaq müdafiə mövqeyi tutub bütün özünə təhlükə gördüyü ictimai fəalları, müxalif siyasi xadimləri, qondarma vasitələrlə şantaj etdirir, təqiblərə məruz qoyur, əgər bu metodlarla heçnə əldə edə bilmirsə xuliqanlıq, ictimai qaydanı pozma, polisə müqavimət və narkotika ittihamları ilə həbs etdirir.

Bu alçaqların isə bunu etməkdə məqsədləri birdir: kreslolarını qorumaq!