Donald Trampın ABŞ-ın prezidenti seçilməsi nəqliyyat naziri Ziya Məmmədovu şad-xürrəm edib

Verilən məlumata görə, nazir sevincindən yerə göyə sığmır. Əldə etdiyimiz bilgilərdə iddia edilir ki, Z.Məmmədov Trampın şərəfinə   ziyafət verib.
O, yaxın çevrəsi ilə bu qələbəni qeyd edib. Sevincindən yeyib-içmək məclisi təşkil edən nazir oğlu Anar Məmmədovla bu bayramı toy-büsata çevirib.Tramp şərəfinə «ayi» qonaqlıqi verdi;ayi yemak bu neslin adetidir.

İndi Məmmədovlar ailəsi şənliç içindədir. Z.Məmmədovun yolunun vitse-prezidentliyə açıldığı bildirilir. Xeyli vaxtdır ki vurulan və səlahiyyətləri itirilən nazir revanşa hazırlaşır.

Onun Tramp sayəsində hakimiyyətdə mövqelərini möhkəmləndirməsi və Bakı ilə Vaşinqton münasibətlərində vasitəçilik etməsi son dərəcə realdır və mümkündür.

ABŞ-da respublikaçıların prezidentliyə hazırda ən reytinqli iddiaçısı olan tikinti maqnatı, milyarder Donald Tramp azərbaycanlı oliqarx Anar Məmmədova görə kəskin tənqidə məruz qalıb.

Politika.Az xəbər verir ki, Donald Trampın adını daşıyan dəbdəbəli otellər dünyanın bir çox şəhərlərində var. Ancaq onlardan biri diqqəti xüsusi cəlb edir.
Bu da neftlə zəngin Azərbaycanın paytaxtında ucalan “Tramp Hotel”dir. Trampın biznes-müttəfiqi Anar Məmmədovdur.

2014-cü ildə D.Tramp bəyan edib ki, “Trump İnternational Hotel & Tower Baku” “Trump Organization”un standartlarını daşıyan ən yaxşı qlobal inkişaf layihələrindən biridir. D.Trampın adını daşıyan binaların çoxu kimi Bakıdakı otel də ona məxsus deyil. Bina Məmmədovun nəzarət etdiyi “Garant Holding” tərəfindən tikilib və onun şirkətinə məxsusdur.

Lakin Tramp adının bu oteldə istifadə edilməsinə və layihə ilə bağlı təcrübəsinə görə sərfəli komissiyon qazanıb. ABŞ prezidentliyinə iddiaçı kimi bu yaxınlarda açıqladığı maliyyə hesabatına əsasən Donald Tramp ən azından ötən il Bakıdakı otellə bağlı işlərə görə 2,5 milyon dollar alıb. Otel Trampın dəbdəbəli otellər zəncirinin bir hissəsi kimi idarə olunacaq.

Maliyyə sənədlərindən məlum olur ki, Anar Məmmədovun otelini idarə etmək üçün “THC Baku Hotel Manager Services LLC”, “THC Baku Hotel Manager Services Member Corp.” , “THC Baku Services LLC” və “THC Baku Services Member Corp.” adlı şirkətlər təsis edilib. Həmin şirkətlərin ikisində Donald Tramp 100 faiz, ikisində isə 99 faiz paya malikdir.