14555776_1803760686566385_163471866_nMənim xalqım!

Bir xanım soruşur ki, görən nə vaxtsa, bizdə də ədalətli məhkəmə sistemi olacaqmı? Xalq dilində buna belə cavab vermək olar: gəlməz ayın bitində keci ağaca çıxandan sonra quyruğu yerə dəyəndə bu iqtidar ilk öncə şüurlarda, sonra sistemin özündə, daha sonra isə məhkəm sistemində inqilab edəcəkdir. Belə baxanda bir şey qalmadı, çıxmaz ay budur gəlir, keçi də ağaca çıxmağa hazırlaşır, quyruğu da uzanıb az qalır ki, yerə dəysin. Daha bir şry qalmadı. Eşşəyiniz də varsa, deyin ölməsin, yazın gəlmədinə də az qaldı, yoncalar da torpaqdan baş göstərmiş. Siyasi məhbusları da, Renad Əliyevi də azad edəcəklər. Mən üzümü o xanıma tutub demək istəyirəm ki, çox da pessimist olmayın, həyata işıqlı baxın, sabahlar həmişə bu günlərdən gözəldir. Sabahlar ümüddür. Sabahlarınız heç tükənməsin.

Firudin Dugi

14915289_1825212877754499_3817048688588067324_n