Beyləqanda YAP-nın sədrinin qardaşı həbs edildiYAP Beyləqan rayon təşkilatının sədri, Kənd Təsərrüfat Nazirliyinin Beyləqanda rayon Aqrar İstehsalat Müəssisəsi İdarəsinin rəisi Rafael Pəsiyevin qardaşı, «Kapital Bank»ın Beyləqan filialının inkassatoru vəzifəsində işləyən Elburus Pəsiyev 12 noyabr 2016-cı il tarixdə saat təxminən 19:00 radələrində Beyləqan Rayon Polis Şöbəsinin həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılmışdır. Hazırda faktla bağlı araşdırma aparılır və bu istiqamətdə digər şəxslərin əli olub -olmamasının müəyyən edilməsinə də hüquqi qiymət veriləcək.

Qeyd edək ki, Prezidentin Beyləqan səfəri başa çatdıqdan dərhal sonra həbs edilən Elburus Pəsiyevin tutulmasına səbəb onun 162 min manatdan yuxarı vəsaiti bankomatdan çıxardaraq mənimsəməkdə şübhəli bilinməsi olub. Bu gün isə aparılan araşdırmalar zamanı məlum olub ki, Elburus Pəsiyev oğurluq yolu ilə 250 min manatdan yuxarı pulu mənimsəyib.

Xatırladaq ki, Rafael Pəsiyev YAP Beyləqan rayon təşkilatının sədri kimi artıq bir dəfə siyasi səhvə yol verməsi, Torpaq Şöbəsinin sədri işlədiyi vaxt isə məscidin yerini satması ilə qalmaqala səbəb olmuşdu. Təxmin etmək olar ki, qardaşının oğurluq etməsindən sonra onun da vəzifədə qalıb-qalmayacağı sual altına düşə bilər.

Ajiotaj.az