14555776_1803760686566385_163471866_nMənim xalqım! Özünü yorulmuş görsən, yoldaşını ölmüş bil! Atalarımız bunu yaxşı yoldaş haqqında demişlər. Özünü düşündüyün qədər dostunu da düşün. Bu atalar sözü bu gün çox aktuelldir. Bizim bu millət vəkilləri əslində xalqa dostdan da yaxın olmalıdırlar. Xalq onlara inanıb, güvənib, seçib məclisə yollamış ki, onların dərdlərinə dərman, diləklərinə tərcüman olsunlar, sabahkı yollarına işıq tutsunlar. Amma bu millət əkilləri isə orda oturub utanmazcasına öz qarınlarını güdürlər, sərəfsizcəsinə öz boğazlarının davasını eləyirlər. Xalq işıqsız, qazsız, işsiz, çörəksiz, hələ bir çoxu evsiz-eşiksiz, „bu millət ölür, sahibi yoxdur“ – demək əvəzinə, „Dağıstanda millətvəkilləri bizdən çox pul alırlar“ – deyə iddia edirlər bu millət kəkilləri….

Firudin Dugi