15037226_1830269037248883_546348332711390965_nSaxtakar Zakir Qaralov saxta internet istifadəçiləri məsuliyyətə cəlb olunması üçün təklif verib….!Adam,ofşorlara çıxan pullardan,saxtakar məhkəmələrdən,saxta ittiham aktlarından deyil,saxta profillərdən narahtdır….!Məqsəd azad sözü boğmaq,tənqidi fikirli insanları həbs etməyin yollarını daha da sadələşdirməkdir…! Zakir Qaralov noyabrın 15-də Cinayət Məcəlləsinin 323.1-ci maddəsinə əlavələrin edilməsi ilə bağlı Milli Məclisə təklif göndərib. (Prezidenti alçaldan, təhqir edən cinayət məsuliyyətinə cəlb ediləcək)Bir sözlə tənqidi fikirə rəsmi cinayət məsuliyyəti hazırlayırlar.Layihəyə əsasən, bu maddədə “və ya kütləvi informasiya vasitəsində” sözləri “kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında” sözləri ilə əvəz edilir. Buna görə qüvvədə olan sanksiya 500 manatdan 1000 manatadək miqdarda cərimə və ya 2 ilədək müddətə islah işləri, eyni müddətə azadlıqdan məhrum etmə nəzərdə tutur. Qanuna 323.1-1 maddəsinin əlavə olunması da təklif edilir. Maddədə deyilir: “323.1-ci maddədə nəzərdə tutulmuş əməllər internet informasiya ehtiyatında saxta istifadəçi adlar, profil və ya hesablardan istifadə edərək kütləvi nümayiş etdirməklə törədildikdə, 1000 manatdan 1500 manata qədər cərimə və ya 3 ilədək azadlıqdan məhrum etmə ilə cəzalandırılır”.